Məhkəmə qərarları › İş №2(044)-1049/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1049/2021

12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1049/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tofiq oğlunun cavabdehlər Cavabdeh1 və AtaSığorta ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzaibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Tofiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və AtaSığorta ASC-dən müştərək qaydada ona məxsus avtomaşına çəkilmiş 3365 manat, taksidən istifadəyə görə 500 manat, digər xərclərə isə 500 manat, vəkilə ödənilmiş 500 manat, həmçinin mənəvi zərər görə 10.000 manat, cəmi 14.865 manat məbləğində pulun müştərək qaydada alınaraq ona verilməsini müəyyən edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki işə aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyildir. Çünki məhkəmə araşdırması zamanı Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır, digər cavabdeh AtaSığorta ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Z.Əliyeva küçəsi, 55, X5. Məhkəmə iclasında sədrlik edən iddiaçının nümayəndəsindən mülki işin cavabdehlərdən birinin ünvanı üzrə göndərilməsi üçün seçim etməsini soruşmuş, sonuncu mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin seçiminə görə Cavabdeh1 qeydiyyatda olduğu ünvan Gəncə şəhəri Kəpəz Rayonuna aid olduğundan hazırkı mülki işə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 31, 32, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Tofiq oğlunun cavabdehlər Cavabdeh1 və AtaSığorta ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair 2(044)-1049/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar