Məhkəmə qərarları › İş №2(044)-1054/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1054/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1054/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2000 (iki min) manat və Cavabdeh2 7700 (yeddi min yeddi yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, dörd ilə yaxındır ki, Gəncə şəhərində yerləşən Mərkəzi Univermağında qızıl-zinət əşyalarının ticarəti ilə məşğul olur və təxminən 2 ilə yaxın müddətdir Cavabdeh1 tanıyır. Cavabdeh1 onun işlədiyi Mərkəzi Univermağa gələrək ondan satmaq üçün qızıl-zinət əşyaları istəmiş və bildirmiş ki, gedib həmin əşyaları başqa yerlərdə satıb pulunu tezliklə gətirəcəkdir. O, Cavabdeh1 inanaraq ona satmaq üçün qızıl əşyaları vermiş, bir neçə gündən sonra Günel apardığı qızılların pulunu gətirib vermiş, beləliklə də o, Günel ilə alver etmişdir. Cavabdeh1 apardığı qızıların pulunu gətirib vermiş, axırıncı dəfə 2020-ci ilin avqust ayında Günel X1 yanına gəlmiş və o, Cavabdeh1 2000 (iki min) manat dəyərində qızıl-zinət əşyaları, yəni sırğa və seplər vermişdir. Sonradan o, dəfələrlə Cavabdeh1 zəng etmiş, Günel müxtəlif bəhanələr gətirərək, onun qızıllarının pullunu vermək istəməmiş, pulunun olmadığını, pulu olanda verəcəyini demişdir. Digər Cavabdeh2 ilə 2019-cu ildə tanış olmuş, həmin vaxtdan tanımış, Şəhla dəfələrlə onun yanına gələrək ondan nisyə qızıl əşyaları götürərək imkanlı şəxslərə satmasını bildirmişdir. Hazırda Cavabdeh2 ona 7700 (yedddi min yeddi yüz) manat borcu vardır. O, Şəhladan pulunu istədikdə Şəhla ona borcunu qaytara bilmədiyinə görə onun həyat yoldaşından şikayət etmiş və bu barədə Gəncə şəhəri Nizami rayon Polis İdarəsində və Gəncə şəhəri Baş polis İdarəsində Təhqiqat aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə ərizə ilə müraciət etmiş, ona pulunun alınması barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasına əlavə olaraq bildirdi ki, Cavabdeh2 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayına qədər ümumilikdə 48000 (qırx səkkiz min) manat dəyərində qızılları satmaq adı ilə ondan götürmüş və hazırda Cavabdeh2 ona olan borcu dəqiq hesablamasına görə 7195 manat təşkil edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsi ilə razı deyildir və onun İddiaçı pul borcu yoxdur. O, 2016-2017-ci illərdə dayısı nəvəsi Nigarın vasitəsi ilə iddiaçının həyat yoldaşı Zülfiyyə Əliyeva ilə tanış olmuş, söhbət zamanı Zülfiyyə onun ev almaq üçün pul topladığını və Gəncə şəhərində ev almaq istəyini bilmişdir. Zülfiyə Əliyeva ona əlindəki pulları maya kimi dövriyyə etmək məqsədi ilə onun qızıl ticarəti ilə məşğul olan həyat yoldaşı İddiaçı verməsini, qızıl alverindən sonra Gəncə şəhərindən yaxşı bir həyət evi almasını təklif etmiş, o, Zülfiyyə Əliyevanın sözlərinə inanmış və ümumilikdə hissə-hissə Zülfiyyə Əliyevaya 52000 (əlli iki min) manat pul vermişdir. O, İddiaçı təxminən 20000 (iyirmi min) manat dəyərində qızılları alaraq satmış, pulunu qaytarmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından materil üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmış və qərarın təsviri hissəsində olan İddiaçı izahatında hal-hazırda Cavabdeh2 ona 7195 manat borcu qalmışdır. Gəncə şəhər prokurorunun müavini, ədliyyə müşaviri Rəsul Həsənov tərəfiindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin Cavabdeh2 7700 pulun tutulması hissəsi ilə bağlı bildirir ki, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qərarın təsviri hissəsində olan İddiaçı izahatından görünür ki, hal-hazırda Cavabdeh2 ona 7195 manat borcu qalmışdır. Belə olan halda Cavabdeh2 tutulacaq məbləğ 7195 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı götürdükləri 2000 və 7195 manat dəyərində qızıl əşyalarını şərtləşdirilmiş müddətdə qaytarmadıqlarından, iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlər Cavabdeh1 2000 (iki min) manat və Cavabdeh2 7195 (yeddi min yüz doxsan beş) manat pul alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2000 (iki min) manat və Cavabdeh2 7195 (yeddi min yüz doxsan beş) manat pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar