Məhkəmə qərarları › İş №2(044)-1061/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1061/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1061/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2 və Cavabdeh1 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedici Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X2 və Cavabdeh1 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsas borc üzrə 10439.10 manat, faiz borcu üzrə 22.62 manat, cəmi 10.44 manat, cəmi 10472.16 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xərcin Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi , fərdi yaşyış evinin açıq hərrac yolu ilə satılması vəsatışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, ipoteka qoyulmuş cavabdeh X2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunl əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında 454 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evi bankın hesabına ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər bank qarşısında üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq banka olan borcu ödəməmişlər. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında 454 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evi bankın hesabına ipoteka ilə yüklü edilmişdir. O, ilk vaxtlar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümüknü hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 461 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 454 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında 454 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evi bankın hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 10439.10 manat, faiz borcu üzrə 22.62 manat, cəmi 10.44 manat, cəmi 10472.16 manat məbləğində borcu vardır. xx.xx.2010-cu il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evi Cavabdeh2 adına qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evi İddiaçı ASCnin hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli Ç-346 saylı “xxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində istifadəsində olan 0.0133 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 68.7 kv.m ümumi, 32.4 kv.m yaşayış, 36.3 kv.m yardımçı sahədən ibarət yaşayış evi (liter a) və 1 mərtəbəli, 2 otaqlı 23.2 kv.m ümumi, 15.5 kv.m yaşayış, 7.7 kv.m yardımçı sahədən ibarət (Liter B) 139 saylı fərdi yaşayaış evinin hazırkı bazar dəyəri 60000 (altmış min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-xx.xx.2020-ci il əhatə dövründə 1881.86 manat ödəniş olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-xx.xx.2020-ci il əhadə dövründə 700 manat ödəniş olmuşdur. xx.xx.2020-ci il tarixli 1167 saylı arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə “hipertaniya” diaqnozu ilə ambulator müalicə olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2015-ci il tarixli 461 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 tərəfindən xx.xx.2018-xx.xx.2020-ci il əhatə dövründə 1881.86 manat və xx.xx.2018-xx.xx.2020-ci il əhadə dövründə 700 manat (1881.86 manat + 700 manat = 2581.86 manat), cəmi 2581.86 manat banka ödəniş olmuşdur. Hazırda Cavabdeh1 (10472.16 manat - 2581.86 manat = 7890.3 manat) banka 7890.3 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə cəmi 7890.3 (yeddi min səkkiz yüz doxsan manat otuz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xərc ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutma ipoteka predmetinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalı, ilkin satış qiymətinin 60000 manat məbləğində ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi təmin edilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 cəmi 7890.3 (yeddi min səkkiz yüz doxsan manat otuz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evinə yönəldilsin və həmin əmlak açıq hərrac yolu ilə satılsın. İlkin satış qiymətinin 60000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evinın satışından əldə olunmuş vəsait hesabına cəmi 7890.3 (yeddi min səkkiz yüz doxsan manat otuz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Cavabdeh X2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 139 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılsın. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar