Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1061/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh3 qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh3 qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 100000 (bir yüz min) manat məbləğində dəyəri olan qızıl-zinət əşyalarının alınıb, İddiaçı verilməsinə dair qətnamə, cavabdehlərin cinayət əməllərinin olmasını nəzərə alıb, Mülki Prosessual Məcəllənin 265-ci maddəsinə əsasən qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.2020-ci il tarixdə ərazi üzrə Gəncə şəhər Nizami rayon Polis şöbəsinə ərizə ilə müraciəti olmuşdur. Polis şöbəsində izahatında göstərmişdir ki, heç bir yerdə işləmir, işlənmiş köhnə əşyaların alqısatqısı ilə məşğul olur. Cavabdeh1 və X4 uzun müddətdir ki tanıyır. Aralarında normal münasibətləri vardır. Bir il əvvəl onun qohumu Namiq pula ehtiyacı olduğunu ona bildirmiş və Namiqin ailəsinə məxsus qızıl-zinət əşyalarını satmaq üçün ondan kömək etməsini xahiş etmişdir. O, bu barədə tanışı, eyni zamanda qonşusu olan Cavabdeh1 79000 (yetmiş doqquz min manat) dəyərində nisyə olaraq zinət əşyaları vermişdir. Mətanət isə Səhanə adlı əmisi qızına qızıl-zinət əşyalarının verilməsini ondan xahiş etmişdir. Səhanəyə 22000 (iyirmi iki min) manat dəyərində qızıl-zinət əşyaları verilmişdir. 2019-cu ilin sentyabr - oktyabr aylarında pul almaq məqsədilə Şəmkirə Mətanət ilə görüşə getmiş, lakin Mətanət pulu yaxın zamanlarda qaytaracağına söz verərək ondan qızıl-zinət əşyalarını yenə almışdır. O, dəfələrlə Mətanət və Səhanədən pulunu tələb etsə də, hər dəfə vaxt istəməklə pulu qaytaracaqlarına söz vermiş, lakin pulu qaytarmamışlar. Qərarın surətində təhqiqatçı tərəfindən etiraf edilir ki, Cavabdeh1, X5 və Cavabdeh3 tərəfindən məndən 79000 (yetmiş doqquz min) manat dəyərində qızıl-zinət əşyalarını satmaq adı ilə etibarından sui -istifadə etməklə aldatma yolu ilə almışlar, nə qızıl-zinət əşyalarını, nə də onun dəyərində olan pulu qaytarmamışlar. Təhqiqatçı tərəfindən AR CPM-nin 220-ci maddəsinin tələbləri qərəzli surətdə pozulmuşdur. AR CM - nin 178-ci maddəsi olan dələduzluq, hansı ki, Mətanətə, Səhanəyə və Elnarəyə tövsif edilməli olduğu halda, qərəzli surətdə cinayət məsuliyyətindən bəraət verilməklə yayındırılmışlar. 79000 manat cinayət prosesində külli miqdarda məbləğ hesab edildiyi halda, qabaqcadan əlbir olaraq cinayətkar dəstə yaradaraq, onun etibarından sui-istifadə etməklə, dələduzluq yolu ilə 79000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirmiş cinayətkar dəstəsinin bu cinayət əməllərinə təhqiqatçı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla bəraətverici qərar çıxarılmışdır. Onun əlində sübutedici sənəd, hansı ki, dələduzluq yolu ilə cinayəti törədən Cavabdeh1 Cavid qızının qızıllarının siyahı üzrə ona təhvil verilməsi, özünün dəstixəttilə imzalamaqla etiraf etdiyi sənədə, təhqiqatçı tərəfindən hüquqi qiymət verilməmişdir. Cinayətkarlarla onun üzləşmə protokollarının olmaması təhqiqatçı tərəfindən çıxarılmış qərarın qanunvericiliyin tələblərinə zidd olduğuna sübut olduğu halda barələrində cinayət işinin rədd edilməsi qərara alınmışdır. Odur ki, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, qızıl-zinət əşyaları olmadığı halda cavabdehlərdən birdəfəlik ödəniş edilməklə qızıl-zinət əşyalarının dəyərinin nəğd şəkildə pul ilə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh X5 məhkəmə iclasında bildirdi ki,o, İddiaçı 24931 manat dəyərində qızılzinət əşyaları almışdır. Həmin 24931 manat dəyərində qızıl-zinət əşyalarını Cavabdeh3 satılması üçün vermişdir. İş materiallarında olan həmin siyahıda olan qızılları İddiaçı almış, hazırda İddiaçı 24931 manat borcu qalmışdır. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, İddiaçı 62000 manat dəyərində qızılzinət əşyaları almışdır. Həmin 62000 manat dəyərində qızıl-zinət əşyalarını Cavabdeh3 satılması üçün vermişdir. İş materiallarında olan həmin siyahıda olan qızılları İddiaçı almış, hazırda İddiaçı 62000 manat borcu qalmışdır. Cavabdeh3 məhkəmə iclasında bildirdi ki, Cavabdeh1 aldığı 62000 manat və X1 aldığı 24931 manat dəyərində qızıl-zinət əşyalarını uşağının xəstə olması ilə əlaqədar borc kimi almışdır. Hazırda borcunu hissə-hissə ödəməyə hazır olduğunu bildirir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən imzalanmış qızıl-zinət əşyalarının siyahısından görünür ki, o, 1 ədəd badam karnitur - 2400 manat, 1 ədəd gül dəst - 1800 manat, 1 ədəd sallama sırğa - 1150 manat, 1 ədəd rubin daşlı ləçək dəst - 2800 manat, 1 ədəd samovar zümrüd daşlı klon - 1300 manat, 1 ədəd ay-ulduz saat - 1450 manat, 1 ədəd baxçasaray dəst- 3500 manat, 1 ədəd yakır sırğa - 1100 manat, 1 ədəd paxlava üzük - 300 manat, 1 ədəd gül sırğa - 900 manat, 1 ədəd safir daşlı qolbağ- 2600 manat, 1 ədəd zümrüd daşlı qolbağ - 1700 manat, 1 ədəd üç brilliyant qaşlı dəst- 3300 manat, 1 ədəd zümrüd daşlı dəst- 3500 manat, 1 ədəd buz klon - 1650 manat, 1 ədəd samovar klon - 1500 manat, 1 ədəd gül üzük - 1300 manat, 1 ədəd zümrüd daşlı dəst- 4000 manat, 1 ədəd paxlava üzük - 650 manat, 1 ədəd yeddi gözəl sırğa - 2800 manat, 1 ədəd moruq sep 33 qr - 1650 manat, 1 ədəd moruq sep 36 qr - 1980 manat, 1 ədəd silsilə sep - 2164 manat, 1 ədəd paxlava sep 48 qr – 2.916 manat, 1 ədəd tros sep 29 qr-1776 manat, 1 ədəd tros sep 19 qr - 1188 manat, 1 ədəd 11 qr sep - 960 manat, 1 ədəd 23 qr qolbağ - 1527 manat, 1 ədəd 28 qr midas sep - 1988 manat, 1 ədəd 59 qr moruq sep - 3570 manat, 1 ədəd ulduz dəst - 650 manat, 1 ədəd tək qaşlı dəst- 1000 manat, 1 ədəd sallama sırğa - 1300 manat, nal klon - 320 manat, 1 ədəd paxlava safir daşlı üzük - 500 manat, üzük puklu - 700 manat, qırmızı klon - 420 manat, pul 700 manat, cəmi 65.590 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı aldığını və borcunun 62 min manat təşkil etdiyini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh X5 tərəfindən imzalanmış qızıl-zinət əşyalarının siyahısından görünür ki, o, 1 ədəd tros sep 21 qr - 1236 manat, 1 ədəd bruq sep 12 qr - 890 manat, 1 ədəd moruq sep 50 qr - 3000 manat, 1 ədəd şarik sep 36 qr – 2.390 manat, 1 ədəd sep 11 qr - 770 manat, 1 ədəd yakır sep 9 qr - 680 manat, 1 ədəd moruq sep 20 qr - 1200 manat, 1 ədəd tros sep 24 qr - 1440 manat, 1 ədəd tros sep 20 qr - 1200 manat, 1 ədəd rekert sep 10 qr - 650 manat, 1 ədəd moruq sep 41 qr – 2.717 manat, 1 ədəd tros sep 27 qr – 1.774 manat, 1 ədəd zincir sep 17 qr – 1.137 manat, 1 ədəd paxlava sep 29 qr – 1.917 manat, 1 ədəd bismark sep 20 qr - 1332 manat, 1 ədəd paxlava üzük - 600 manat, 1 ədəd yaşıl daşlı üzük - 1000 man, bir ədəd zümrüd daşlı dəst - 1000 manat, cəmi 24931 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı aldığını və borcunun 24931 manat təşkil etdiyini təsdiq etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 və X5 iddiaçıya məxsus qızıl-zinət əşyalarını könüllü olaraq iddiaçıya qaytarmamışlar. İddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququnun bərpa edilməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı məhkəmədən 100000 (bir yüz min) manat məbləğində dəyəri olan qızıl-zinət əşyaları, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyərinin cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, hansı səbəbdən həmin məbləğdə pulun tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 62000 manat dəyərində qızıl-zinət əşyalarını Cavabdeh1, 24931 manat dəyərində qızıl-zinət əşyalarını X3 vermişdir. Bu hal iş materialları və cavabdehlərin izahatları ilə öz təsdiqini tapmışdır. Cavabdehlər Cavabdeh1 və X5 isə həmin qızıl-zinət əşyalarını Cavabdeh3 satması üçün vermişlər. Cavabdeh3 öz izahatında həmin qızıl-zinət əşyalarını X1 və Cavabdeh1 aldığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 qızıl-zinət əşyaları, yəni 1 ədəd tros sep 21 qram, 1 ədəd bruq sep 12 qram, 1 ədəd moruq sep 50 qram, 1 ədəd şarik sep 36 qram, 1 ədəd sep 11 qram, 1 ədəd yakır sep 9 qram, 1 ədəd moruq sep 20 qram, 1 ədəd tros sep 24 qram, 1 ədəd tros sep 20 qram, 1 ədəd rekert sep 10 qram, 1 ədəd moruq sep 41 qram, 1 ədəd tros sep 27 qram, 1 ədəd zincir sep 17 qram, 1 ədəd paxlava sep 29 qram, 1 ədəd bismark sep 20 qram, 1 ədəd paxlava üzük, 1 ədəd yaşıl üzük, bir ədəd zümrüd dəst, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 24931(iyirmi dörd min doqquz yüz otuz bir) manat və Cavabdeh1 qızıl-zinət əşyaları, yəni 1 ədəd badam karnitur, 1 ədəd gül dəst, 1 ədəd sallama sırğa, 1 ədəd rubin ləçək dəst, 1 ədəd samovar zümrüd klon, 1 ədəd ay-ulduz saat, 1 ədəd baxçasaray dəst,1 ədəd yakır sırğa,1 ədəd paxlava üzük, 1 ədəd gül sırğa, 1 ədəd safir qolbağ, 1 ədəd zümrüd qolbağ, 1 ədəd üç qaşlı dəst, 1 ədəd zümrüd dəst, 1 ədəd buz klon, 1 ədəd samovar klon, 1 ədəd gül üzük,1 ədəd zümrüd dəst, 1 ədəd paxlava üzük, 1 ədəd yeddi gözəl sırğa, 1 ədəd moruq sep 33 qram, 1 ədəd moruq sep 36 qram, 1 ədəd silsilə sep, 1 ədəd paxlava sep 48 qram, 1 ədəd tros sep 29 qram, 1 ədəd tros sep 19 qram, 1 ədəd 11 qram sep, 1 ədəd 23 qram qolbağ, 1 ədəd 28 qram midas sep, 1 ədəd 59 qram moruq sep, 1 ədəd ulduz dəst, 1 ədəd tək qaşlı dəst, 1 ədəd sallama sırğa, 1 ədəd nal klon, 1 ədəd paxlava safir üzük, üzük puklu, 1 ədəd qırmızı klon onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 62000 (altmış iki min) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1 qızıl-zinət əşyaları, yəni 1 ədəd tros sep 21 qram, 1 ədəd bruq sep 12 qram, 1 ədəd moruq sep 50 qram, 1 ədəd şarik sep 36 qram, 1 ədəd sep 11 qram, 1 ədəd yakır sep 9 qram, 1 ədəd moruq sep 20 qram, 1 ədəd tros sep 24 qram, 1 ədəd tros sep 20 qram, 1 ədəd rekert sep 10 qram, 1 ədəd moruq sep 41 qram, 1 ədəd tros sep 27 qram, 1 ədəd zincir sep 17 qram, 1 ədəd paxlava sep 29 qram, 1 ədəd bismark sep 20 qram, 1 ədəd paxlava üzük, 1 ədəd yaşıl üzük, bir ədəd zümrüd dəst, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 24931(iyirmi dörd min doqquz yüz otuz bir) manat və Cavabdeh1 qızıl-zinət əşyaları, yəni 1 ədəd badam karnitur, 1 ədəd gül dəst, 1 ədəd sallama sırğa, 1 ədəd rubin ləçək dəst, 1 ədəd samovar zümrüd klon, 1 ədəd ay-ulduz saat, 1 ədəd baxçasaray dəst, 1 ədəd yakır sırğa,1 ədəd paxlava üzük, 1 ədəd gül sırğa, 1 ədəd safir qolbağ, 1 ədəd zümrüd qolbağ, 1 ədəd üç qaşlı dəst, 1 ədəd zümrüd dəst, 1 ədəd buz klon, 1 ədəd samovar klon, 1 ədəd gül üzük,1 ədəd zümrüd dəst, 1 ədəd paxlava üzük, 1 ədəd yeddi gözəl sırğa, 1 ədəd moruq sep 33 qram, 1 ədəd moruq sep 36 qram, 1 ədəd silsilə sep, 1 ədəd paxlava sep 48 qram, 1 ədəd tros sep 29 qram, 1 ədəd tros sep 19 qram, 1 ədəd 11 qram sep, 1 ədəd 23 qram qolbağ, 1 ədəd 28 qram midas sep, 1 ədəd 59 qram moruq sep, 1 ədəd ulduz dəst, 1 ədəd tək qaşlı dəst, 1 ədəd sallama sırğa, 1 ədəd nal klon, 1 ədəd paxlava safir üzük, üzük puklu, 1 ədəd qırmızı klon onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 62000 (altmış iki min) manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-1061/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1061/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver