Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1066/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, aldığı təbii güllərə görə yaranmış 7318.53 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh satış qaimələrinə əsasən İddiaçı MMC-dən ayrı-ayrı vaxtlarda müxtəlif növlərdən təbii güllər almışdır. Satış qaimələrindən və kassa mədaxil orderlərindən göründüyü kimi Cavabdeh öhdəliyində olan ödənişləri icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, ödənişlərdən boyun qaçırmışdır. Satış qaimələrinə əsasən cəmiyyətdən aldığı ümumi dəyəri 17706 manat olan təbii güllərə görə yaranmış borcundan gecikmələrlə, cəmi 10387.47 manat ödəmişdir. Qalan 7318.53 manat isə bu günə qədər ödəməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövr ərzində İddiaçı MMC-nin anbarına mədaxil və məxaric olunan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 7318.50 manat borcu yaranmışdır; İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, 2019-cu ilin mart ayından sonra götürdüyü güllərin alıcısı olmadığı üçün 3000-dən artığı xarab olmuşdur və bu günə onun borcu 7100 manat təşkil edir. Düşdüyü çətin vəziyyəti nəzərə alaraq 3000 gülün silinməsinə, geri qalan 2000 manat borcun noyabr ayından hissə-hissə ödənilməsi üçün ona köməklik göstərilməsini və yenidən satış üçün gül verilməsini xahiş etmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh ümumiyyətlə İddiaçı MMC-yə borcunun olmadığını bildirirərək məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onun izahatını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh satış qaimələrinə əsasən İddiaçı MMC-dən ayrı-ayrı vaxtlarda müxtəlif növ təbii güllər almış, cəmiyyətdən aldığı ümumi dəyəri 17706 manat olan təbii güllərə görə yaranmış borcundan cəmi 10387.47 manat ödəsə də, qalan 7318.53 manat isə ödəməmişdir. İş materialları ilə Cavabdeh qeyd edilən məbləğdə təbii güllərin satılması mü əyyən edilərək, iddiaçı bununla bağlı sübutlar təqdim etmiş, cavabdeh isə aldığı güllərin pulunu ödəməsinə dair dəlillər irəli sürsə də o həmin dəlilləri əsaslandıra bilməmişdir. Belə ki, Cavabdeh məhkəməyə qaimə fakturaları və kassa mədaxil orderlərini təqdim edərək MMC-yə olan borcunu tamamilə ödəməsini bildirsə də məhkəmə onları sübut növü kimi qəbul etmir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin orderlər 2019-cu ilin yanvar-iyun aylarına olan dövrə aid kassa mədaxil orderləridir ki, o dövr ərzində alınan malların pulunun ödənilməsi mübahisəli deyildir. Həmin orderlər öhdəliyin tamamilə icrasını müəyyən edən sübut növü kimi məhkəmə tərəfindən ona görə qəbul edilmir ki, cavabdeh həmin dövr ərzində öhdəliyini icra etsə idi, o zaman borcun etirafına dair İddiaçıMMC-yə ərizə ilə müraciət etməzdi. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən imzalanaraq, məzmunu tərəflər arasında şübhə doğurmayan İddiaçıMMC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu ilədək borcunun 7100 manat təşkil etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Cavabdeh borcunu ödədiyini bildirsə də, o borcunun sonuncu hissəsinin ödənilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir.Onun məhkəməyə təqdim etdiyi kassa məxaric orderləri isə sonuncu ödənişləri özündə ehtiva etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, aldığı təbii güllərə görə yaranmış 7318.53 manat borc və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh satılmış təbii güllərə görə yaranmış 7318.53 manat pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1066/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1066/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver