Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1066/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Həsənov Rübail Tofiq oğlunun iştirakı ilə, İddiaçı Azəriqaz İstehsalat Birliyinin cavabdeh Məmmədov Emin Akif oğluna qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh Məmmədov Emin Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-yə vurulmuş 216.00 manat məbləğində itirilmiş qazın həcminin və 20.40 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Məmmədov Emin Akif oğlundan tutularaq iddiaçı “Azəriqaz” İstehsalahat Birliyinin “xxxx” ASC-nin Sabunçu filialı, (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB ilə abonent Məmmədov Emin Akif oğlu arasında (kod:**********00010) xx.xx.2020-ci il tarixli MY-274 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Gəncə regional Qaz istismarı İdarəsinin əməkdaşları tərəfindən cavabdeh Məmmədov Emin Akif oğluna məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən sayğac istismar müddəti başa çatdığı üçün sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və maişət qaz sayğacının kalibrləmə laboratoriyasına” göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və maişət qaz sayğacının kalibrləmə laboratoriyasının” MSK 29/1710- 01865-1 saylı rəyinə əsasən sayğaca baxış keçirilmiş , sayğacın klapanı işlək olmadığı və sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Daha sonra həmin rəy əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2020-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş, akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160m3 hesabat aparılmaqla 216.00 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bununlada abonentin “Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinə 216.00 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Ərizəyə əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli MY 274 qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin surətindən görünür ki, paylacı Azəriqaz İB ilə Məmmədov Emin Akif oğlu arasında müqavilə bağlanmışdır; xx.xx.2021-ci il tarixli itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 2160 m3, 216.00 borcu yaranmışdır. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Məmmədov Emin Akif oğlu tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2020-ci il tarixli ******* saylı cəmi 2160 m3-dir; xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması və sayğacın çıxış plastması borusunun deşildiyi aşkar olunmuşdur; xx.xx.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, qaz sayğacının istismar müdəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Həsənov Rübail Tofiq oğlu iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, onun izahatını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı orqanın əməkdaşları tərəfindən cavabdehə məxsus yaşayış evində yoxlama keçirilmiş, sayğacın klapanı işlək olmadığı və sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilərək akt tərtib edilmiş və dəymiş ziyanın həcminin 2160 m3, cəmi 216.00 manat olması müəyəyn edilərək, həmin məbləğ abonentdən tələb edilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından göründüyü kimi Məmmədov Emin Akif oğluna məxsus yaşayış evində sayğacın klapanı işlək olmadığı və sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. Belə olduğu halda qaz paylayıcısı dəymiş zərərin ödənilməsini Məmmədov Emin Akif oğlundan tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.4.3-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələrindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, akt üzrə yaranmış dəymiz ziyanın əvəzi olan 216.00 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Məhkəmə iddia tələbinin qalan hissəsini də əsaslı hesab edir. Belə ki, sayğac göstəricilərinə əsasən sərfiyyatın həcmi və istehlakçının həyata keçirdiyi ödənişlər abonent saldosunda öz əksini tapdığından və cavabdeh tərəfindən abonent saldosuna daxil edilmiş sərfiyyat göstəriciləri və ödənişlərin məbləği barədə məlumatların həqiqətə uyğun olmadığına dair sübutlar təqdim edilmədiyindən məhkəmə həmin sənədi istehlakçının təbii qazdan istifadəyə görə borcunun məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “Azəriqaz” İstehsalahat Birliyinin cavabdeh Məmmədov Emin Akif oğluna qarşı « itirilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməli, akta əsasən cavabdehdən 216.00 manat və dövlət rüsumu kimi ödənilmiş 20.40 manat tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalahat Birliyinin cavabdeh Məmmədov Emin Akif oğluna qarşı «itirilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh Məmmədov Emin Akif oğlundan 216.00 manat pul və dövlət rüsumu kimi ödənilmiş 20.40 manat tutularaq “Azəriqaz” İstehsalahat Birliyinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1066/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1066/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver