Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1071/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-in Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 16.03.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı kondisioner üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə pulu, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********86244 olan “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün 1443 (min dörd yüz qırx üç) manat ödənilməmiş hissə, 433 (dörd yüz otuz üç) manat dəbbə pulu, ümumilikdə 3241 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3271 manat pulun “xxxx” MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdehn arasında bağlanmış 16.03.2019-cu il tarixli və 16.07.2019-cu il tarixli müqavilələrə əsasən, “Samsung” markalı kondisioner və İMEİ kodu **********86244 olan “Samsung Galaxy S9 DUAL” markalı telefon almış və nəticədə 3241 (üç min iki yüz qırx bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yüz) manat “Samsung” markalı kondisioner üçün ümumilikdə 1365 (min üç yüz altmış beş) manat olmaqla, ondan 1050 (min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə pulu, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1998 (min doqquz yüz doxsan səkkiz) manat İMEİ kodu **********86244 olan “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün ümumilikdə 1876 (min səkkiz yüz yetmiş altı) manat olmaqla, ondan 1443 (min dörd yüz qırx üç) manat ödənilməmiş hissə, 433 (dörd yüz otuz üç) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1305 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-in nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2019-cu il tarixli 00565446 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə hər ay 150 manat ödəmək şərti ilə alqı-satqının qiyməti 1800 manat təşkil edən “Samsung” markalı kondisioner satılmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.07.2019-cu il tarixli 00786943 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə hər ay 111 manat ödəmək şərti ilə alqı-satqının qiyməti 1998 manat təşkil edən İMEİ kodu **********86244 olan “Samsung Galaxy S9 DUAL” markalı telefon satılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, 16.03.2019cu il tarixli 00565446 saylı müqaviləyə əsasən Cavabdeh 1050 (min əlli) manat ödənilməmiş borcu yaranmış və müqavilənin şərtlərini pozduğuna görə 315 (üç yüz on beş) manat dəbbə pulu, 16.07.2019-cu il tarixli 00786943 saylı müqaviləyə əsasən Cavabdeh 1443 (min dörd yüz qırx üç) manat ödənilməmiş borcu yaranmış və müqavilənin şərtlərini pozduğuna görə 433 (dörd yüz otuz üç) manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 16.03.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı kondisioner üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********86244 olan “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün 1443 (min dörd yüz qırx üç) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, ümumilikdə 2505 (iki min beş yüz beş) manat və ödənilmiş 30 (otuz) manat məğləbində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.03.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı kondisioner üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********86244 olan “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün 1443 (min dörd yüz qırx üç) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, ümumilikdə 2505 (iki min beş yüz beş) manat və ödənilmiş 30 (otuz) manat məğləbində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1071/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1071/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver