Məhkəmə qərarları › İş №2(044)-1076/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1076/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1076/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 saylı kredit müqaviləsi üzrə 3819.99 manat borc və 820.32 manat faiz borcu olmaqla, cəmi 4640.31 manat məbləğində kredit borcu və 30.40 manat məbləondə dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh2 məxsus 583 əyyarlı, 37.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 əd., qolbağı 1 əd.) 880 əyyarlı, 8.6 qram çəkidə 1 ədəd onluq kulon qızıl-zinət əşyalarına yönəldilməsi, hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 800840- 852059/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 29% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcu ödəməmişdir. Eyni zamanda, bank ilə - Cavabdeh2 arasında xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 nömrəli girov müqviləsi bağlanmışdır. xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 nömrəli girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh2 məxsus 583 əyyarlı, 37.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 əd., qolbağı 1 əd.) 880 əyyarlı, 8.6 qram çəkidə 1 ədəd onluq kulon bankın pul anbarına saxlanca verilmişdir. Eyni zamanda, kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. xx xxxxxx 2021-ci il tarixinə borclunun xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 saylı kredit müqaviləsi üzrə 3,819.99 manat əsas borc və 820.32 manat faiz borcu olmaqla, cəmi 4640.31 manat məbləğində kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh X1 illik 29% dərəcəsi ilə 18 ay müddətinə şəxsi istehlak məqsədi üçün 4000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli 001/007/0338/2021 № li maliyyə arayışından görünür ki, borclunun banka 3819.99 manat əsas borc və 820.32 manat faiz borcu olmaqla, cəmi 4640.31 manat borcu var və kredit müqaviləsi üzrə gecikmə 287 gün təşkil edir. - xx xxxxxx 2020-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilmədiyi hallarda Cavabdeh1 Cavabdeh2 öhdəliklərinin tam icrasını öz öhdəliyinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 saylı girov müqaviləsindən görünür ki, cavabdeh ona məxsus 583 əyyarlı, 37.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 əd., qolbağı 1 əd.) 880 əyyarlı, 8.6 qram çəkidə 1 ədəd onluq kulonu girov qoymuşdur. - Girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktı № ******* görünür ki, xx xxxxxx 2020-ci il tarixli, 800840-852059/1 nömrəli kredit müqaviləsinin təminatə qismində çıxış edən, Cavabdeh2 tərəfindən girov qoyulmuş 583 əyyarda olan bir ədəd boyunbağı, bir ədəd qolbaq çəkisi 37.8 qram və bir ədəd onluq klon çəkisi 8.x xxxx 2138 manat məbləğində qiymətləndirilmişdir. Qızıl-zinət əşyaları ******* nömrəli xüsusi paketə qoyularaq, bankın pul anbarına saxlanca qəbul edilmişdir. - İddiaçı ASC-nin xx.xx.2020-cu il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 bank tərəfindən 4000 manat pul verilmişdir. - xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlər borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçının ondan borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür, buna görə də iddia ona münasibətdə də təmin olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi tutmanın girov qoyulmuş əmlaklara yönəldilməsi hissəsində də təmin edilməlidir. Çünki cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədiklərindən iddiaçının tələbinin ödənilməsi üçün tutmanın girov qoylmuş əşyalara yönəldilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 3819.99 manat əsas, 820.32 manat faiz, cəmi 4640.31 manat məbləğində borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, tutma girov qoyulmuş 583 əyyarlı, 37.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 əd., qolbağı 1 əd.) 880 əyyarlı, 8.6 qram çəkidə 1 ədəd onluq kulon yönəldilməli, həmin əmlaklar açıq hərracda satılaraq borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3819.99 manat əsas və 4640.31 manat faiz borcu, ümumilikdə 4640 (dörd min altı yüz qırx) manat 31 (otuz bir) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov qoyulmuş 583 əyyarlı, 37.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 əd., qolbağı 1 əd.) 880 əyyarlı, 8.6 qram çəkidə 1 ədəd onluq kulona yönəldilsin və həmin əmlaklar açıq hərracda satılaraq borc ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar