Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-113/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Cavabdeh X3 nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 müdiri, baş memar X8, Gəncə şəhər MKTİB-yi X5 qarşı «maddi ziyanın ödənilməsi və əmlakının bərpa edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 müdiri, baş memar X8, Gəncə şəhər MKTİB-yi X5 qarşı «maddi ziyanın ödənilməsi və əmlakının bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X2 Azərbaycan Dövlətinə və ona dəymiş ******* manat ziyanın ödənilməsi və yaxud onun əmlakının ya həmin yerdə və yaxud başqa yerdə tikilərək, bərpa edilməsi və işləmədiyi müddətdə ona dəymiş 300000 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əməkdaşları ilə Kommunal İdarənin əməkdaşları, rəhbərləri Əli Rüstəmli və Elgün Məmmədovla birlikdə 2011-ci ilin iyun ayında onun xüsusi mülkü olan, Gəncə şəhər, Nizami rayonu, Gəncə Şəmkir şossesində Nizami Gəncəvi küçəsində yerləşən 23 saylı YDM-nə və maşın təmir stansiyasına gələrək, ondan obyektləri tərk etməyi tələb etmişlər və ona heç bir sənəd təqdim etmədən, obyektləri sökərək, onun xüsusi mülkü olan ******* manatdan artıq dəyəri olan əmlakını talayıb aparmışlar. Həmin vaxt dövlət işçiləri polislə birlikdə gəldiklərindən o, ömlakının dağıdılmasına görə, onlara heç bir müqavimət göstərə bilməmişdir. Onu və onlarla Azərbaycan vətəndaşını 7 il müddətində göstərilən vəzifəli şəxslərin işsiz qoyması nəticəsində, ona və dövlətə ******* (bir milyon) manatdan artıq ziyan dəymişdir. Məhkəmədən X6 və X2 Azərbaycan Dövlətinə və ona dəymiş ******* manat ziyanın ödənilməsi və yaxud onun əmlakının ya həmin yerdə və yaxud başqa yerdə tikilərək, bərpa edilməsi və işləmədiyi müddətdə ona dəymiş 300000 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh X3 nümayəndəsi, vəkil X4 məhkəmə iclasında bildirdi ki, iddia tələbi əsassızdır və X3 tikintilərin sökülməsində heç bir məsuliyyəti və ya səlahiyyəti olmamışdır. O, MKTİB-nin rəisi olmuş və onun da vəzifə səlahiyyətlərinə aid deyildir. İddiaçı tərəf iddia tələbini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Məhkəmədən iddia tələbinin təmin olumaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 müdiri, baş memar X10 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 müdiri, baş memar X7 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdeh X3 nümayəndəsinin izahatını dinləyib, digər iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddia tələbində qoyulmuş X6 və X2 Azərbaycan Dövlətinə və ona dəymiş ******* manat ziyanın ödənilməsi və yaxud onun əmlakının ya həmin yerdə və yaxud başqa yerdə tikilərək, bərpa edilməsi və işləmədiyi müddətdə ona dəymiş 300000 manat məbləğində ziyanın ödənilməsinə dair tələbi təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmişdır. Digər tərəfdən iddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, “Gəncə şəhər, Nizami rayonu, Gəncə Şəmkir şossesində Nizami Gəncəvi küçəsində yerləşən 23 saylı YDM-nə və maşın təmir stansiyasına gələrək, ondan obyektləri tərk etməyi tələb etmişlər və ona heç bir sənəd təqdim etmədən, obyektləri sökərək, onun xüsusi mülkü olan ******* manatdan artıq dəyəri olan əmlakını talayıb aparmışlar”. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını təsdiq etmək isə cavabdehin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əmlakına zərər vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə iddia tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddia ərizəsində göstərilənlər olmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 müdiri, baş memar X8, Gəncə şəhər MKTİB X5 qarşı «maddi ziyanın ödənilməsi və əmlakının bərpa edilməsi» tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 müdiri, baş memar X8, Gəncə şəhər MKTİB X5 qarşı «maddi ziyanın ödənilməsi və əmlakının bərpa edilməsinə» dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-113/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-113/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver