Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1140/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh1, cavabdeh X3 vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən, ümumi sahəsi 100 m2 qeyri-yaşayış sahəsi olan ticarət obyektinin yenidən qurulması, təmir və tikinti işləriin aparılması üçün onun tərəfindən xərclənmiş ümumilikdə 230000 manat pulun və ödənilmiş 520 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında işə baxılarkən məhkəmənin hakimi Kənan Hüseynovun icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı əşya və pul tələbinə dair başqa bir iş olduğu da müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mülki işlərin bir icraata birləşdirilməsinə zərurət olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdehin nümayəndəsi mülki işlərin bir icraatda birləşdirilməli olduğunu bildirmişlər. İddia ərizələrinin məzmunundan iddialar arasında qarşılıqlı əlaqənin mövcud olduğu və hər iki mülki iş üzrə iddiaçının əsaslandığı halların oxşar olduğu görünür, buna görə məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. - 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə qyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı əşya və pul tələbinə dair iddia ərizəsi icraata ilkin qəbul edildiyindən mövcud mülki iş həmin mülki işlə bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(044)-1140/2022 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı əşya və pul tələbinə dair iddia ərizəsi üzrə 2(044)-964/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1140/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1140/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver