Məhkəmə qərarları › İş №2(044)-117/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-117/2020

04.12.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-117/2020 04.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsinə cavabdeh X1 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun əşyaları ilə birlikdə həmin evdən çıxarılması və evin tam şəkildə boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək Cavabdeh xx xxxx 2020-ci il tarixdə vəfat etdiyini, ona görə də iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsinin ərizəsinə əlavə olunmuş AZ-İİ seriyalı, 083463 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Çünki iddiaçıların istifadə hüququnun itirilmiş hesab edilməsini, evdən əşyaları ilə birlikdə çıxmasını və evin tam şəkildə boşaldılmasını tələb etdikləri Cavabdeh vəfat etdiyinə görə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh vəfat etdiyindən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməli, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılma və evin boşaldılması tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçılar tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar