Məhkəmə qərarları › İş №2(044)-1180/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1180/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1180/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan “VAZ-2199” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 1820 manat və sağlamlığına vurduğu 350 manat məbləğində zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 02 avqust 2017-ci il tarixdə Cavabdeh avtomobili ilə onun avtomobili toqquşmuş və nəticədə onun avtomobilinə və özünə zərər dəymişdir. Bununla bağlı iş üzrə cinayət işi başlanılmış və iş üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmü ilə cavabdeh təqsirli bilinmişdir. İş üzrə cavabdeh tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Onun avtomobilinə 1820 manat maddi zərər dəymişdir. Həmçinin onun səhhətinə də zərər dəymiş və 350 manat xərc onun tərəfindən sağalması üçün həkimlərə ödənilmişdir. Hazırda qeyd edilən halların təsdiqi ilə bağlı Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixl, 2(043)-76/2018 nömrəli qanuni qüvvəyə minmiş hökmünü təqdim edir. Özü ağır maddi durumdadır. Taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını təmin edir. Cavabdeh avtomobilinə və onun sağlamlığına vurduğu zərərin tam ödənilməsini tələb etsə də, o, zərəri ödəmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də o, göstərilənləri nəzərə alıb məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Mülki iş materiallarında olan: - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixl, 2(043)- 76/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01(bir) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək və hər iki tərəfin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus olan “VAZ-2199” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 1820 manat və sağlamlığına vurduğu 350 manat məbləğində zərər Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus olan “VAZ-2199” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 1820 manat və sağlamlığına vurduğu 350 manat məbləğində zərər Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar