Məhkəmə qərarları › İş №2(044)-1183/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1183/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1183/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayədəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi, 1879.20 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçı onun atasıdır, atası anası ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2019-cu il tarixdə qaz idarəsinin əməkdaşları onun atasının evində yoxlama aparmış, yoxlama zamanı sayğacdan kənar xətt qoşularaq istifadə edildiyi müəyyən edilmişdir. Həmin xətt ola bilsin ki, uzun müddət əvvəl həyətdəki 2 mərtəbəli ev tikilərkən ustalar tərəfindən çəkilmişdir. Bu barədə qaz idarəsinin əməkdaşları tərəfindən akt tərtib edilərək 1879.20 manat məbləğində cərimə yazılmışdır. Onlar cərimənin hesablanması ilə razılaşmadıqları üçün akt imza etməkdən imtina etmişlər. Çünki həmin ünvanda 2 ev var, əlavə qaz xətdi 2 mərtəbəli evdə olmuş, hansı ki, həmin evi onlar ümumiyyətlə istifadə etmirlər və həmin evdə kombi ilə kalonka vardır. Onun valideynləri həyətdə olan digər 1 mərtəbəli evdə olurlar, həmin evin qaz cihazları sayğaca qoşuludur. Qaz idarəsinin əməkdaşları əlavə xətdin 2 mərtəbəli evdə olmasına baxmayaraq cərimə hesablayarkən 1 mərtəbəli evdə olan qaz cihazlarını da hesablamışlar. Həmçinin qaz cihazlarının hamısının 24 saatlıq sərfiyyatını hesablamışlar. Halbuki həmin cihazların 24 saat dayanmadan işləməsi mümkün deyildir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvanda qaz idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılmış, həmin vaxt iddiaçının evinin damının üzərində olan qaz xətdindən evin içərisinə sayğacdan kənar xətt qoşulduğu müəyyən olunmuş, bu barədə əməkdaşlar tərəfindən akt tərtib olunmuşdur. Bundan sonra idarədə təlimata əsasən dəymiş zərər müəyyənləşmiş və iddiaçıya evində olan qaz cihazlarına uyğun olaraq 1879.20 manat cərimə hesablanmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə o, idarənin əməkdaşları ilə ərazidə monitorinq apararkən iddiaçının ünvanında, evin damının üzərindən keçən əsas qaz xətdindən sayğacdan kənar xətdin qoşularaq iddiaçının evinə daxil olduğunu görmüşlər. Onlar iddiaçının evinin qapısını döymüş, bir nəfər qadın qapını açaraq oğlunun evdə olmadığını bildirərək içəri buraxmamışdır. Bundan sonra ev sahibi kişi gəlmiş, onlar içəri daxil olaraq həmin ünvandakı qaz cihazlarının foto şəkilini çəkmiş və akt tərtib etmişlər, lakin ev sahibi onlarla mübahisə edərək aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, qaz idarəsində mühəndis işləyir. xx.xx.2019-cu il tarixdə o, idarənin əməkdaşları ilə monitorinq apararkən iddiaçının sayğacına baxış keçirmişlər, qaz sərfiyyatının evin sahəsinə görə az olduğunu görüb qaz xəttinə baxış keçirmişlər, o, nərdivanla yuxarı qalxaraq evin damından içəri doğru sayğacdan kənar qaz xəttinin olduğunu görmüş və onun foto şəkilin çəkmişdir. Bundan sonra digər əməkdaşlar evə daxil olmaq istəsələrdə evdə olan qadın oğlunun evdə olamdığını bildirərək içəri buraxmamışdır. Daha sonra ev sahibi gəlmiş, əməkdaşlar içəri daxil olaraq qaz cihazlarının şəkilini çəkmiş və akt tərtib edilmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında sayğacdan əvvəl qeyri-qanuni xətt qoşularaq əlavə xətdən istifadə edildiyi müəyyən olunmuşdur. - xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Kombinin 32kw maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün(3.5x24x90=7560m3); QSSQ (200 litr) maksimal saatlıq qaz sərfi 2.0 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün(2.0x24x90=4320m3); PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün(0.8x24x90=1728m3); Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün(1.4x24x90=3024m3); Yer ocağının maksimal saatlıq qaz sərfi 1.0 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün (1.0x24x90=2160m3) qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 18792 m3 dəymiş ziyan hesablanmışdır. - xx.xx.2020-ci il tarixli, 01 nömrəli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolunun surətindən görünür ki, İddiaçı hesablanmış 1879.20 manat debitor bocla razılaşmamış və məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Tərəflər iddiaçıya məxsus evə sayğacdan əvvəl qeyri-qanuni xətt qoşularaq əlavə xətdən istifadə edildiyini mübahisələndirmədikləri üçün məhkəmə bunu işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. İddiaçı qeyri-qanuni qoşulmuş qaz xəttinə evdə olan bütün qaz cihazlarının qoşulmadığını, kombi və su qızdırıcının qoşulduğunu bildirsə də, bu faktı sübut edə bilməmişdir. Həmçinin cavabdeh təlimata uyğun olaraq kənar xətt aşkar edilmiş ünvandakı qaz işlədicilərini nəzərə alaraq dəymiş ziyanı müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh İstehsalat Birliyinin Baş direktorunun xx.xx.2019-cu il tarixli, SOCAR**********00040020A01023 saylı əmri ilə təsdiq edilmiş “Cavabdeh İstehsalat Birliyinin xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azaldılması və xidmət səviyyəsinin yüksəldilməsi üzrə Təlimat”ın 3.4-cü bəndinə əsasən qaz xəttinə qanunsuz qoşulmaqla qazın talalnması hallarında vurulmuş zərər müəyyən olunarkən, qaz paylayıcısı tərəfindən bu Təlimatın 5-ci bəndinə uyğun olaraq, qaz paylayıcısının balns mənsubiyyətinə aid olan qaz xətlərinə keçirilmiş sonuncu baxış tarixindən qazın talanması halının müəyyən olunduğu günədək, lakin üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri, qaz xətlərinə qanunsuz qoşulmuş və müvsümə uyğun olaraq istifadə edilən qaz qurğularının texniki pasportunda göstərilən maksimal saatlıq qaz sərfinə uyğun və sutkanın 24 saatı ərzində qazdan istifadə edildiyi nəzərə alınmaqla hesablanılması tələb olunur. Bununla belə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ünvanında olan qaz işlədicilərinin hamısının sutkanın 24 saatı ərzində qazdan istifadə edilməsinin nəzərə alınması düzgün deyildir. Belə ki, iddiaçı gündəlik yemək bişirilməsi üçün PQ3-ü, su qızdırılması üçün QSSQ-ni (200 litr) və yer oçağını bütün gün ərzində istifadə etməsi qeyri-mümkündür. Buna görə də həmin qaz işlədicilərinin orta günlük iş rejimi 6 saat qəbul edilməli, Kombinin 32kw maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün(3.5x24x90=7560m3); QSSQ (200 litr) maksimal saatlıq qaz sərfi 2.0 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün(2.0x6x90=1080m3); PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün(0.8x6x90=432m3); Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün(1.4x24x90=3024m3); Yer ocağının maksimal saatlıq qaz sərfi 1.0 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün (1.0x6x90=540m3) qəbul edilməklə itirilmiş qazın bərpası üçün cəmi 12636 m3 dəymiş ziyan hesablanmalı, artıq hesablanmış 6156 m3 18792 m3-dən çıxılmalıdır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” xx xxxxxx 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1500 m3-dək (1500 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1500 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1879.20 manat (18792m3x0.10manat) cərimə borcundan 615.60 manat (6156m3x0.10manat) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İstehsalat Birliyi tərəfindən ******* saylı akt əsasən İddiaçı hesablanmış 1879.20 manat məbləğində cərimə borcundan 615 (altı yüz on beş) manat 60 (altmış) qəpik silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X10 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar