Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1196/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq sonuncudan 11.12.2014-cü il tarixli 968468 saylı kredit kartına görə 540.69 manat əsas, 2070.55 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.92 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 968468 saylı kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 814.37 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Odur ki, cavabdeh Cavabdeh 540.69 manat əsas, 2070.55 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.92 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC- nümayəndəsi X3 oğlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılınasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini işdə olan digər sübutlarla qarşılıqlı şəkildə qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 09 dekabr 2020ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 540.69 manat əsas, 2070.55 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.92 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında kart krediti ilə bağlı müqavilə bağlansa da həmin müqavilənin həqiqətən mövcudluğu barədə heç bir sübut növü təqdim edilməmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliyi sonacan yerinə yetirməmişdir.Məhkəmə hesab edir ki, bu halda iddiaçı sübut etməlidir ki, cavabdeh öhdəliyini sonacan yerinə yetirməmişdir.Bunun üçün tərəflər arasında kredit müqaviləsi olmalıdır. Lakin belə bir müqavilə sənədlərə əlavə edilməmiş və nə də ki,məhəmə iclasında təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakimi) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunmalıdır ki, müqavilə tərəfi olan ləğv prosesində olan LPO “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müştəriyə münasibətdə sübutların əldə edilməsi, təqdim edilməsi baxımından daha üstün imkanlara malikdir. Bank əməliyyatlarına dair müştəridəki sübutun saxlanılması müştərinin hüququ olsa da, bu bankın bilavasitə vəzifəsini təşkil edir və müştəri ilə bank arasında fərqli cəhətlərdən biri də ondan ibarətdir ki, bankın müştəriyə münasibətdə sübutları saxlamaq və qorumaq imkanları daha genişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində banka anlayış verilərək qeyd edilmişdir ki, Bank-fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Həmin Qanunun 39-cu maddəsinə əsasən, banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı beş il müddətində bankda saxlanılmalıdır. Lakin bank tərəfindən kredit müqaviləsinin olmasını təsdiq edən heç bir sübut növü məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 10.19-10.20-ci bəndlərində təsbit edilmişdir ki, mədaxil kassa əməliyyatları üzrə sənədlər dövriyyəsi elə təşkil edilməlidir ki, müştərilərə qəbzlərin verilməsi və vəsaitin onların hesablarına daxil edilməsi, yalnız faktiki olaraq nağd pul kassaya daxil olduqdan sonra həyata keçirilsin. Əməliyyatçı tərəfindən qəbul olunmuş və ya tərtib edilmiş mədaxil kassa sənədi onun tərəfindən imzalanaraq, kassa jurnalına daxil edilir və kassaya verilir. Bankdaxili hesablara daxil etmək üçün bank işçilərindən pulun qəbulu zamanı mədaxil kassa orderi iki nüsxədə yazılır, bunlardan biri qəbzi əvəz edir. Əməliyyatçı, kassirin imzası ilə nağd pulun qəbul edildiyini təsdiq edən orderi kassadan aldıqdan sonra kassirin orderdəki imzasının həqiqi olub-olmadığını imza nümunəsi ilə yoxlayır, bu sənədin qaytarılması barədə kassa jurnalına qeyd etdikdən sonra mühasibat uçotunda həmin əməliyyatın əks etdirilməsi üçün müvafiq mühasibat sənədlərinin nəzarət bölməsinə göndərilməsini təmin edir. Həmin Qaydaların 15-ci bəndində daha sonra göstərilmişdir ki, banklar mühasibat sənədlərinin etibarlı şəkildə saxlanmasını təmin etməlidirlər. Uçot sənədlərinin düzgün arxivləşdirilməsinə görə məsuliyyət bank rəhbərlərinin və baş mühasiblərin (rəhbərlik tərəfindən müvəkkil edilmiş digər məsul şəxsin) üzərinə düşür. Rəhbər və baş mühasib bu sahə üzrə müvafiq əməkdaşları təlimatlandırmalı, sənədlərin saxlanması üçün şkaflar və digər qorunan yerləri müəyyən edərək müvafiq əməkdaşları ora təhkim etməli, lazım gələrsə, sənədlərin təhlükəsiz yerlərə çıxarılmasını və növbəliyini təmin etməlidir. Daimi istifadə olunan sənədlərin (hüquqi işlər, kredit işləri, müqavilələr, kontraktlar, müddətli öhdəliklər və s.) saxlanması qaydası, bankın rəhbəri və baş mühasib tərəfindən müəyyən edilir. Kassa sənədləri, əmanətçilərin sənədləri, kreditlər üzrə, qiymətli metallarla, xarici valyuta ilə əməliyyatlar, bankın təsərrüfat və başqa əməliyyatlar üzrə sənədləri ayrı-ayrı qovluqlarda saxlanılır. Digər tərəfdən, məhkəmə bir daha iddiaçınnı diqqqətinə çatdırır ki, məhkəmələr yalnız sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək isə mülki iş üzrə tərəflərin vəzifəsidir. Yuxarıda qeyd edilən vəzifələr daşıyan bankın və onun məsul işçilərinin göstərilən qaydalara əməl etməməsi səbəbindən sübutları saxlamaq imkanlarından məhrum olması üzrlü hesab olunsa belə bu hal iddiaçını sübut etmə yükündən azad edən hal kimi səciyyələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ərizəsi üzrə tələb təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini məhkəmə q ə t e t d i: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı 540.69 manat əsas, 2070.55 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.92 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1196/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1196/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver