Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1201/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X12 Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 27.11.2019-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, iddiaçı X8 ödənilməsi barədə, digər tərəfdən Ailə Məcəlləsinin 85-ci maddəsinə əsasən müvafiq olaraq 27.11.2022-ci il tarixinə, 3 yaşınadək uşağın böyüdüb tərbiyə olunması üçün 80 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında olan nikah qeydi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından olan X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin həmin məbləğ uşağın tələbatının ödənilməsində yetərli deyildir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də tələbatlarını ədəmək tək qadın olaraq ona çox çətindir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Boşanma prosesi zamanı cavabdeh heç yerdə işləmədiyi üçün məhkəmə minimum aliment miqdarı təyin edilmişdir. Hal-hazırda Cavabdeh "xxxx" MMC-də Keyfiyyətə Nəzarət üzrə mütəxəssis vəzifəsində çalışır və ştat cədvəlinə müvafiq stabil əmək haqqı alır. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onunla iddiaçı arasında olan nikah qeydi məhkəmənin 23.11.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından olan X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün o, hər ay 160 manat məbləğində aliment ödəyir. Onun aylıq əmək haqqı 500 manat təşkil edir. O, hər ay 100 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 2(044)- 1935/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Ələkbərova (Hüseynli) Sara Vəli qızının arasında 16 sentyabr 2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2097 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 25.12.2019-cu il tarixdə anadan olmuş X10 nikahın pozulmasından sonra iddiaçı X2 himayəsində saxlanılması, Cavabdeh 25.12.2019cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 31.05.2021-ci il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. 23.02.2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları 23.02.2022-ci il tarixdə 44 saylı akt qeydi ilə pozulmuşdur. 25.12.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 birgə nikahlarından 27 noyabr 2019-cu il tarixdə X10 adlı anadan olmuşdur. 25.04.2022-ci il tarixdə X11 tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh "xxxx" MMC - də Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsində işləyir və 577 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 2(044)-1935/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 27 noyabr 2019-cu il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X7 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2280 (üç min iki yüz iyirmi) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 42.20 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli 2(044)-1935/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 27 noyabr 2019-cu il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X7 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X12 ödəməkdən azad edildiyi dövlət rüsumu 42.20 manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 24.05.2022-ci il tarixli 2(044)-1201/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1201/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1201/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver