Məhkəmə qərarları › İş №2(044)-1202/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1202/2022

09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1202/2022 09.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-633/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh uşaqları xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində tutulmalı olan alimentin artırılaraq hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manata çatdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-633/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X6 uşaqları onun yaxında saxlanılmış, uşaqların saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin müəyyən etdiyi aliment uşaqlarını saxlamağa yetərli deyildir, həmin məbləğ uşaqların qidalanmasına sərf olunur, onların geyimləri, normal təhsil almaları və sağlam yaşamaları üçün yetərli deyildir. O, uşaqlarına yaxşı həyat şəraitində və sağlam böyütmək, cəmiyyətə və dövlətə layiqli şəxsiyyət kimi yetişdirmək istəyir. Cavabdeh isə uşaqlarının saxlanmasında alimentdən başqa ona əlavə maddi köməklik göstərməmişdir. Cavabdehin maddi imkanı hal-hazırda çox yaxşı vəziyyətdədir. Cavabdeh hazırda başqa ailə qurub, özünün “VAZ- 2107” markalı avtomobili var, əlavə olaraq bir avtomobili də var. Lakin uşaqları ilə bir dəfə də olsun maraqlanmamışdır. İddiaçının nümayəndəsi, vəkil X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində alimenti çətinliklə ödəyir. Hazırda o, başqa ailə qurub və bir uşağı anadan olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 633/2021 saylı qətnaməsindən görünür ki, X1 və Cavabdeh arasında xx.xx.2003-cü il il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 638 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2005-ci il tarixdə X5 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 anası X1 himayəsində saxlanılmaları, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2005-ci il tarixdə X5 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104) - 2825/2021 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 633/2021 saylı qətnaməsi xx.xx.2021-ci ildən başlayaraq Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin btutularaq iddiaçı X3 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli 21 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən “TƏHSİL” Respublika İdman Mərkəzi Gəncə şəhəri 1 saylı Uşaq-Gənclər İdman-Şahmat məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir və icbarı tutulmalar nəzərə alınmaqla ələ çatacaq məbləği 342.96 manat təşkil edir. Gəncə şəhəri üzrə İcra İdarəsinin C.S.121276/21 saylı 26 noyabr 2021-ci il tarixli icra sənədini və işçinin 25 yanvar 2021-ci il tarixli şəxsi ərizəsini əsas tutaraq hər ay işçidən X1 xeyrinə 280 manat aliment tutulur və işçiyə 62.96 manat ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(104)-633/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3360 (üç min səkkzi yüz qırx) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 53.60 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-633/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 53.60 manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 2(044)-1202/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar