Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1205/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 25, mənzil 22-də yaşayanlar Cavabdeh1 və müqavilə üzrə zamin olan Cavabdeh2 mağazadan “Nisiyə alqı-satqı müqaviləsi” əsasında götürdüyü 1 ədəd qabaq stolu və 12 ədəd stulun cəmi dəyəri 1666 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən “Xoşbəxtlik” mağazasında əşyalarının satışı ilə məşğul olur, Vergi İdarəsi tərəfindən sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VOEN erilmişdir və mağazada malların satışı həm nəğd, həm də kredit yolu ilə həyata keçirilir. İddia tələbi üzrə cavabdeh olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 25, mənzil 22-də qeydiyyatda olan və yaşayan Cavabdeh1 xx xxxxxx 2019cu il tarixdə mağazaya gələrək, Cavabdeh2 zamin qoyaraq, mağazanın “Nisiyə alqısatqısı” müqaviləsinə əsasən, cəmi dəyəri 1666 manat 1 ədəd qabaq stolu və 12 ədəd stulu 12 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Cavabdeh müqavilə əsasında öhdəlik götürməsinə baxmayaraq bu günə kimi mağazaya ödəniş etməmiş, cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmiş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Cavabdehin mağazadan nisyə götürdüyü malların pulları mağazanın dövriyyəsinə daxil olmadığından mağazaya ziyan dəyir və cavabdeh tərəfindən bu gün də mağazaya ziyan vurlmaqda davam edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarix 37 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 cəmi dəyəri 1666 manat olan 1 ədəd böyük qabaq stolu və 12 ədəd stul satılması barədə aralarında müqavilə imzalanmış və müqavilənin təmini kimi İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki,”Xoşbəxtlik” mebel mağazasından kredit yolu ilə mebel alan Cavabdeh1 ilə aralarında olan pul məsələsi mülki xarakterli və məhkəmə orqanlarının səlahiyyətində olduğundan, müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət etməsinin məqsədə müvafiq olduğu bildirilmçişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 1666 (min altı yüz altmış altı) manat məbləğində pulu cavabdehlər şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1666 (min altı yüz altmış altı) manatvə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1666 (min altı yüz altmış altı) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1205/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1205/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver