Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1219/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinin Cavabdeh qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsi Cavabdeh qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh işləməsi haqqında məlumat vermədiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək artıq aldığı 202.99 manat məbləğində pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş Cavabdeh xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinə ərizə ilə müraciət edərək üç övladı doğub səkkiz yaşınadək tərbiyə etdiyinə etdiyinə və işləmədiyinə görə yaşa görə sosial müavinət təyin olunmasını xahiş etmişdir. Nazirlik yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdən təqdim etdiyi müvafiq sənədlərə əsasən yaşa görə sosial müavinət təin olunaraq ödənilmişdir. Aparılmış araşdırmalar nəticəsində Cavabdehxx.xx.2019-cu il tarixdən “X20” MMC-də əmək müqaviləsi əsasında sosial işçi vəzifəsində işlədiyi aşkar olunduğundan onun yaşa görə sosial müavinətinin ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Cavabdeh işləməsi haqqında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinə heç bir məlumat vermədiyinə görə o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 272.99 manat məbləğində artıq vəsait almışdır. Qeyd olunanlarla əlaqədar Cavabdeh şöbəyə dəvət olunmuş və ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən artıq ödənilmiş 272.99 manat məbləğin könüllü geri ödənilməsi təklif olunmuşdur. Cavabdeh Lumayə Namazova artıq aldığı 272.99 manat vəsaitin 70.00 manatını xx.xx.2019-cu il tarixdə “Kapital Bank”ın Gəncə filialında Nazirlik yanında Dövlət X14 Gəncə şəhəri Nizami rayon şöbəsinin hesabına geri ödəmiş və həmin tarixdə ərizə ilə müraciət edərək qalan 202.99 manat vəsaitin də hesaba geri ödənilməsi üçün müvafiq ayın sonunadək öhdəlik götürmüşdür. Sonradan götürdüyü öhdəliyi icra etmədiyi üçün dəfələrlə yenidən şöbəyə dəvət olunmuş, lakin artıq aldığı vəsaitdən qalan 202.99 manat məbləğin könüllü geri ödənilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinə ünvanlanmış ərizədə, yaşa görə sosial müavinət təyin olunmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinin müdiri M.Əliyevə yazdığı əlyazma izahatdan görünür ki, xx.xx.2017-ci il tarixdə onun 57 yaşı tamam olmuş, 3 övlad anasıdır və onları 8 yaşınadək tərbiyə etmiş, heç yerdə işləməmiş, bir gün də olsun əmək staji yoxdur. O, Bankdan kredit götürdüyü üçün VÖEN açdırmış, lakin xx.xx.2017-ci il tarixdə bağlatdırmışdır. Onun heç bir fəaliyyət qabiliyyəti olmayıb. Əgər hər hansı bir vaxtda işləyəcək olsa məlumat verəcəkdir. xx.xx.1980-ci il tarixdə Kirovabad şəhəri Hacıkənd VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Namzova (Rəhimova) Lumayə Mircəfər qızının nikahları xx xxxxxxx 1980-ci il tarixdə 8 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 birgə nikahlarından xx xxxxxx 1981-ci il tarixdə X3 anadan olmuşdur. xx.xx.1986-cı il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 birgə nikahlarından xx xxxx 1986-cı il tarixdə X7 anadan olmuşdur. xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 birgə nikahlarından xx xxxx 1982-ci il tarixdə X4 anadan olmuşdur. xx.xx.2017-ci il tarixli 2602 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən ünvan 2 ünvanda qeydiyyatdadır, uşaqları 8 yaşınadək özü doğub və tərbiyə etmişdir. Hal-hazırda heç yerdə işləmir və ailə tərkibi 1981-ci il təvəllüdlü X3, 1982-ci il təvəllüdlü X4 və 1986-cı il təvəllüdlü X1 ibarətdir. xx.xx.2017-ci il tarixli 2423 saylı arayışdan görünür ki, X5 heç bir növ sosial müavinət və əmək pensiyası almır, DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsində uçota alınmamış və hazırda məcburi sosial sığorta ödəyicisi deyildir. xx.xx.2017-ci il tarixli 611 saylı arayışdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh Nircəfər qızı, xx.xx.2017-ci il tarixdə ƏƏSMN-i yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsində sığortaolunan kimi qeydiyyata alınmışdır və pensiya almır. xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh Nircəfər qızı tərəfindən Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinin müdiri M.Əliyevə yazdığı əlyazma izahatdan görünür ki,xx.xx.2019-cu il tarixdə işə girmiş və bu barədə Sizin idarərəyə vermədiyinə görə o, ümumilikdə 273 manat artıq vəsait almışdır. Maddi imkanı olmadığına görə bu pulu birdəfəlik hesaba geri ödəməyə heç cür imkanı yoxdur. Bu gün 73 manatı hesaba geri ödəyəcək, qalan 200 manatı isə bu ayın axırınadək ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikasının “Sosial müavinatlar haqqında” Qanunun 1.0.1-ci maddəsinə, “sosial müavinətlər (bundan sonra)-bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;”-dir. Həmin Qanunun 3.1 maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.” Həmin Qanunun 6.1-ci maddəsində deyilir ki, “Bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.” Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən, əlil olan şəxsə müavinət aşağıdakı hal olduqda təyin edilir “əlilliyə görə müavinət və əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;” Həmin Qanunun 11.1-ci maddəsinə əsasən “Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:”... 11.1.3 əlilliyə görə müavinət-şəxs əmək pensiyası hüququ qazandıqda” Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunun “Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi” adlanan 12.1-ci maddəsinə əasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin (işsizlik müavinəti istisna olmadıqda) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübaisəyə məhkəmə qaydasında baxılır.” Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə hesab edir ki, Cavabdeh işləməsi haqqında məlumat vermədiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək artıq aldığı 202.99 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh işləməsi haqqında məlumat vermədiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək artıq aldığı 202.99 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X14 Gəncə şəhər Nizami rayon şöbəsinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1219/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1219/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver