Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1219/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, hazırki tələblə bağlı xx xxxxxx 2020-ci ildə notarius tərəfindən icra qeydi verilmiş, icra hərəkətləri aparılsa da hələ icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İcra qeydi qüvvədədir və ləğv edilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını icra işinin materialları ilə araşdıraraq, iddiaçının izahatını dinləyərək belə qənaətə gəlir ki, iş üzrə icraata ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki tələblə bağlı xx xxxxxx 2020-ci ildə icra qeydi verilmiş və həmin icra sənədi əsasında xx xxxxxx 2020-ci ildə Gəncə şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən bir sıra məcburi icra tədbirləri də artıq həyata keçirilmişdir. Hazırki tələblə bağlı notariusun qüvvədə olan icra qeydi olduğundan məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmədə yenidən həmin tələbə qiymət verilməsi mümkün deyildir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.İşin hallarından da göründüyü kimi həmin tələb borclu tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə görə isə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə görə isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1219/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1219/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver