Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1229/2021 02.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qızına qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh qızı arasında 22 aprel 2020-ci il tarixdə bağlanmış şifahi kredit müqaviləsinə əsasən borc verdiyi 12.350 (on iki min üç yüz əlli) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30.40 manat iddiaçı olaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 02 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh qızının qeydiyyat və yaşayış yeri ünvan 1 ünvanda yerləşir və Gəncə şəhəri Kəpəz Rayonu inzibati ərazi vahidinə aiddir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, Əsgərova X1 şəhəri, Kəpəz rayonu, F.Əliyev küçəsi, 2-ci döngə, mənzil 3 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün cavabdehin yaşayış və qeydiyyat yeri üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qızına qarşı «pul» tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1229/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1229/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver