Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1230/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 367.80 manat məbləğində itirilmiş və istifadə edilən təbii qazın dəyərini və 20.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq “İddiaçı” İB-nin ABB Sabunçu filialı Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİKİBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBA:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı” X2 X5 İdarəsi ilə Cavabdeh (kod:**********00730) arasında xx.xx.2020-ci il tarixli İN-249 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmış, müqavilənin 2.2.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərərkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”na göndərilmiş və laboratoriyanın MSK 29/1710-02077-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş və sayğacın çıxış plastmas borusu deşilmiş, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Bundan başqa həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmış, hesabatın nəticəsində əsasən G-4 markalı qaz sayğacının nominalı qaz sərfi 4 m3 saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 m 3 hesabat aparılmaqla 216.00 manat dəyərində dəymiş ziyan hesablanmış, bununla da abonent “İddiaçı” X2 X4 İdarəsinə 216 manat borcu yaranmışır. Cavabdeh hər ayın sonuna istifadə etdiyi təbii qazın 151.80 manat dəyərini ödəməmiş nəticədə 367.80 manat borc yaranmış və həmin borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Lakin Cavabdeh dəymiş ziyanın tam ödənilməsinə dair xx xxxxxx 2021-ci il tarixli XN-01/13- 0113 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat Verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli İN-249 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi ilə fərdi istehlakçı Cavabdeh arasında Gəncə şəhəri, Vaqif küçəsi, ev 73 ünvana dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli ******* saylı AKT-ın surətindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Vaqif küçəsi, ev 73 ünvana quraşdırılmış tipi Gulf, G-4 markalı, ** AZ ***00023303 saylı qaz sayğacının istifadə müddəti bitdiyi üçün, həmin ünvana tipi Zenuer, G-4 markalı, **********2 saylı sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixli ******* saylı AKT-ın surətindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Vaqif küçəsi, ev 73 ünvana quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın çıxış plastmasının xəta ilə işləməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Vaqif küçəsi, ev 73 ünvana quraşdırılmış qaz sayğacının yoxlanılması nəticəsində dəymiş ziyanın həcmi hesablanarkən 2160m 3 olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh məxsus ünvan 1 quraşdırılmış qaz sayğacının çıxış plastmasının xəta ilə işləməsi nəticəsində 367.80 manat məbləğində iddiaçıya ziyan dəymişdir. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacının çıxış plastmasının xəta ilə işləməsi nəticəsində 367.80 manat məbləğində dəymiş ziyan və ödənilmiş 20.40 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 367.80 (üç yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində dəymiş ziyan və ödənilmiş 20.40 manat dövlət rüsumu tutularaq, “İddiaçı” İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1230/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1230/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver