Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1231/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hamamdan güclü şirkab suyu axıdaraq, onun mənzilinə xeyli miqdarda, 5000 manat dəyərində ziyan vurduğuna görə cavabdehdən 5000 manat pulun onun xeyrinə ödənilməsi və həmin çirkab suyunun axıdılmasının dayandırılmasını cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Gəncə şəhəri, Nizami rayonu, F.Mirzə küçəsi, ev 32-də qeydiyyatdadır, hazırda ünvan 1 ünvan onun xüsusi mülkiyyətindədir, bu barədə onun adına 03.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh ondan yuxarı mərtəbədə ünvan 2 ünvanda olan hamamdan dəfələrlə onun yaşadığı Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 54B, mənzil 36 ünvana su axıtmışdır. Onun 6-7 ay bundan əvvəl 2000 manat xərc çəkib, təmir etdirdiyi otağın tavanına, yan divarlarına, taxta döşəməsinə və mənzilə giriş dəhlizinə cavabdeh tərəfindən su axıdılması nəticəsində 5000 manat dəyərində maddi ziyan vurulmuşdur. Cavabdeh sonuncu dəfə 15.02.2021-ci il tarixdə onun mənzilinə su axıdaraq ona maddi ziyan vurmuş, o, bu barədə Gəncə şəhəri, Mənzil Kommunal İstismar İstehsalat Birliyi 13 saylı Mənzil İstismar Sahəsinə şikayət etmiş və onun iştirakı ilə cavabdehin yaşadığı Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 54B, mənzil 39 ünvana baxış keçirilmiş, həmin mənzilin hamamından onun mənzilinə su axıdılması, mənzilinə ziyan vurulması barədə akt tərtib edilmiş, bu barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsi ilə razı deyil, iddiaçıya məsus Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 54B, mənzil 39 ünvanına dəyən ziyanın məbləği şişirdilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 03.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 54B, mənzil 36 ünvanı İddiaçı adına qeyd edilmişdir. 15.02.2021-ci il tarixdə Gəncə şəhər MKTİB-nin 13 saylı xidmət sahəsinin yığım üzrə agenti X1, 13 saylı xidmət sahəsinin qığım üzrə agenti X2 və Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti, bina 54B, mənzil 36-da yaşayan İddiaçı iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, həqiqətən H.Əliyev pr., bina 54B, mənzil 36 ünvanına baxış keçirilmiş, məlum olmuş ki, üst mərtəbədən Cavabdeh məxsus olan 39 saylı mənzildən su axıdılması 36 saylı mənzilə və mənzilin dəhlizinə,. Otağının tavanına və divarlarına ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2021-ci il tarixli 10/1398 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 54B, mənzil 36 mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki il materiallarında olan 13 saylı XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15.02.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, ünvan 3ünvana yuxarı mərtəbədəki 39 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. ünvan 3ünvanda olan mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 711.0 manat məbləğində olduğu müəyyən edilmişdir (ekspertiza xərci 100 manat). Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən mənzilinə su axıdılması nəticəsində İddiaçı 711 (yeddi yüz on bir) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə iddia tələbindən göründüyü kimi iddiaçı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə su axıdılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 5000 (beş min) manat məbləğində qiymətləndirmişdir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı onun əmlakına məhz 5000 (beş min) manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi kimi zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və iddia tələbi həmin məbləğdə 711 (yeddi yüz on bir) manat təmin olunmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehdən iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə su axıdılması nəticəsində dəymiş 711 (yeddi yüz on bir) manat məbləğində maddi ziyan alınaraq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 711 (yeddi yüz on bir) manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1231/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1231/2021
02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver