Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1233/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydada avtomobil və ya pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadədə olmuş X3 məxsus ** SJ *** dövlət qeydiyyat nişanlı, KİA Optima markalı avtomaşının qaytarması və yaxud ona qarşı məhkəmə tərəfindən qət edilmiş 17278.67 ABŞ dolları və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində X8 ona və qeyrilərinə qarşı ona məxsus ** SJ *** dövlət qeydiyyat nişanlı KİA Optima markalı avtomaşının alınaraq ona qaytarılması və bu mümkün olmadığı təqdirdə avtomaşının əvəzi kimi 17278.67 ABŞ dolları və 66 manat mənəvi zərər kimi 2000 manat və 31 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə iddia tələbi qismən təmin edilmişdir. Hazırda avtomobil xx xxxx 2016-cı il tarixli etibarnamə ilə Cavabdeh 3 il 1 ay 28 gün müddətinə verilmiş, avtomaşın Bank Respublika ASC-də ipoteka olmuşdur. xx xxxx 2016-cı il tarixdə avtomaşına dair hüquqlar cavadehə keçməsinə baxmayaraq avtomaşının kredit borcunu ödəməmiş və avtomaşını gizlətmişdir. Hazırda Bank Respublika avtomaşının ipoteka edildiyi və götürülmüş krediti tələb edir, halbuki, həmin kredit borcunu cavabdeh ödəmək öhdəçiliyi götürərək etibarnamə almışdır. O, istifadəsinə verilmiş avtomobili baş etibarnamə ilə cavabdehə verərkən Bank Respublika ASC-də girovda olduğunu bildirmiş və aylıq kredit borcunu ödəyəcəyini inandırmışdır. Hazırda ** SJ *** dövlət qeydiyyat nişanlı KİA Optima markalı avtomaşın yoxa çıxmışdır və Bank Respublika ASC-yə olan ipotekada borcu ödənilməmişdir. O, hesab edir ki, cavabdeh onun etibarından sui istifadə edərək bank Respublika ASC-də girovda olan avtomobili ələ keçirərək gizlətmişdir. Sonda iddiaçı iddianın qəbul olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respunlikasının Ali Məhkəməsinin 2(102)- 991/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı X1 cavabdehlər İddiaçı, Cavabdeh, X4, X6 və X7 qarşı avtomobilin və ya dəyərinin qaytarılması və mənəvi ziyan tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx xxxxxx 2017-ci il tarixli, 2(011)-9239/2017 saylı qətnaməsi ilə qismən təmin edilərək KİA Optima markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobilin cavabdeh X2 alınaraq iddiaçı X3 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-cı il tarixli, 2(103)-2752/2018 nömrəli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən, Kia Optima markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobilin cavabdeh X2 alınaraq iddiaçı X3 verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Kia Optima markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobil İddiaçı alınaraq X3 verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Çünki İddiaçı ondan tələb edilən Kia Optima markalı ** SJ *** dövlət nömrə nişanlı avtomobilin hazırda Cavabdeh olduğunu bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qanuni qüvvəsini almış Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli ilə müəyyən olunur ki, Kia Optima markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8 hazırkı iş üzrə İddiaçı və Cavabdeh də daxil olmaqla bir neçə şəxsə qarşı iddia qaldıraraq özgəsinin qanunsuz sahibliyindən avtomobilini tələb etmiş, məhkəmə araşdırmaları nəticəsində avtomobilin digər şəxslərin sahibliyində olmaması müəyyənləşərək məhz İddiaçı alınması qərara alınmışdır. Həmin qərara əsasən məhkəmə tərəfindən avtomobilin Cavabdeh olmadığı faktı müəyyən edildiyindən İddiaçı həmin faktı yenidən mübahisələndirə bilməz. Çünki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə məhkəmə iddiaçının mübahisə etdiyi faktla bağlı qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarı olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı Cavabdeh qarşı reqres qaydada avtomobil və ya pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1233/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1233/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver