Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-124/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə xx xxxx 2014-cü il tarixli 105.LN.3111.100714.R.00003 saylı kredit müqaviləsi üzrə 787,42 manat əsas, 2694,40 manat faiz olmaqla, cəmi 3481,82 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 105.LN.3111.100714.R.00003 saylı Plastik kart üzrə kredit xətti müqaviləsinə əsasən cavabdehə 1000 manat məbləğində kredit verilmiş, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixə xx xxxx 2014-cü il tarixli 105.LN.3111.100714.R.00003 saylı kredt xətti müqaviləsi üzrə 787,42 manat əsas, 2694,40 manat faiz, cəmi borcu 3481,82 manat təşkil edir. O, ekspertin rəyinə etiraz etmir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014cü il tarixli 105.LN.3111.100714.R.00003 saylı kredit kartı üzrə Bank Hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh həmin tarixdən xx.xx.2017-ci il tarixinə qədər 1000 manat məbləğində kredit xətti açılmışdır. - xx.xx.2019-cu il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə 787,42 manat əsas, 2694.40 manat faiz, ümumilikdə 3481.82 manat borcu vardır. - xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh X1 borcunun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-257/2020 saylı qərardadına əsasən məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın 2(044)-257/2020 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli, 9/5372 saylı rəyində qeyd olunmuşdur ki, xx xxxx 2014-cü il tarixli 105.LN.3111.100714.R.00003 № li kredit kartı üzrə bank hesabı müaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2017-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı ASC-yə olan borcu 1.323.15 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 795.08 manat, faiz borcu üzrə 528.07 manat müəyyən edildi. Beləliklə ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 795.08 manat, faiz borcu üzrə 528.07 manat təşkil edir. Həmçinin xx xxxx 2014-cü il tarixli saylı kredit kartı üzrə Bank Hesabı müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcunun məbləğinin iddia ərizəsində göstərilmiş əsas borcun məbləğindən çox olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, xx xxxx 2014-cü il tarixli saylı kredit kartı üzrə Bank Hesabı müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc həmin müqavilə üzrə iddia tələbinə uyğun, faiz borcu isə ekspert rəyinə uyğun tutulmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 105.LN.3111.100714.R.00003 № li kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 787.42 manat əsas, 528.07 manat faiz borcu, ümumilikdə 1315.49 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 11 manat məbləğində hissəsi, cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 70 manat məbləğində pul vəsaitinin 44 manatı İddiaçı ASC-dən, qalan 26 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxx 2014-cü il tarixli 105.LN.3111.100714.R.00003 saylı kredit müqaviləsi üzrə 787.42 manat əsas, 528,07 manat faiz olmaqla cəmi 1315 (bir min üç yüz on beş) manat 49 (qırx doqquz) qəpik məbləğində borc tutulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 manat dövlət rüsumunun 11 (on bir) manat məbləğində hissəsi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 70 manat məbləğində pul vəsaitinin 44 (qırx dörd) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, qalan 26 (iyirmi altı) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-124/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-124/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver