Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1240/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» MMC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1585.38 ABŞ dolları, faiz borcu üzrə 159 ABŞ dolları, cərimə 32.25 ABŞ dolları, cəmi 1776.63 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul «xxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-1482/2018 saylı məhkəmə əmri ilə Cavabdeh əsas borc üzrə 1585.38 ABŞ dolları, faiz borcu üzrə 159 ABŞ dolları, cərimə 32.25 ABŞ dolları, cəmi 1776.63 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul «xxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1240/2020 saylı qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-1482/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilməklə məhkəmə baxışı təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə 3100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən banka 1776.63 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etd. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 14942/7 saylı kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxx» MMC-tərəfindən Cavabdeh 18 ay müddətinə 3100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 1585.38 ABŞ dolları, faiz borcu üzrə 159 ABŞ dolları, cərimə 32.25 ABŞ dolları, cəmi 1776.63 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Cavabdeh əsas borc üzrə 1585.38 ABŞ dolları, faiz borcu üzrə 159 ABŞ dolları, cərimə 5 ABŞ dolları, cəmi 1749.38 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 1585.38 ABŞ dolları, faiz borcu üzrə 159 ABŞ dolları, cərimə 5 ABŞ dolları, cəmi 1749.38 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul iddiaçı «xxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1240/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1240/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver