Məhkəmə qərarları › İş №2(044)-1248/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1248/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1248/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqavilsəi üzrə yaranmış borcun tutulması barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 5166.13 manat məbləğində əsas borc və 1179.33 manat faiz borcu olmaqla, ümumilikdə 6345.46 manat borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 800840-846204/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 29 faizlə 6000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli, 800840-846204/1/2 nömrəli, Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 800840-846204/3 nömrəli zaminlik müqavilələri imzalanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borcu ödəməmişlər. xx xxxxxx 2021-ci il tarixinə 5166.13 manat əsas borc və 1179.33 manat faiz borcu olmaqla cəmi 6345.46 manat məbləğində kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, kafenin təmiri üçün kredit götürmüş, birinci ayın ödənişini vaxtında etmiş, lkin sonradan pandemiya olduğu üçün kafe işləməmiş və müharibə zamanı kafenin yanına raket düşməsi nəticəsində kafeyə xeyli ziyan dəymişdir. Kafe işləmədiyi üçün o, vaxtında ödənişlərini edə bilməmişdir. O, hesablanmış borc məbləğinə etiraz etmir, lakin kafe pandemiya dövründə işləmədiyindən və müharibə zamanı zərər dəydiyindən faiz borcunun silnməsini, qalan məbləğin hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək pandemiya dövründə kafe işləmədiyindən və müharibə zamanı kafeyə zərər dəydiyindən faiz borcunun silnməsini, qalan məbləğin hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 800840-846204/1 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 29% dərəcəsi ilə 18 ay müddətinə şəxsi istehlak məqsədi üçün 6000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il maliyyə arayışından görünür ki, borcluların banka 5166.13 manat əsas borc və 1179.33 manat faiz borcu olmaqla, cəmi 6345.46 manat borcu var və kredit müqaviləsi üzrə gecikmə 169 gün təşkil edir. - xx xxxxxx 2020-ci il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 borc alan Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli 800840-846204/1 saylı kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. - xx xxxxxx 2020-ci il tarixli X3 surətindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 6000 manat pul ödənilmişdir. - xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlər borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişlər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən sonuncular kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə də hesab edirəm ki, iddia tələbi Cavabdeh3 və Cavabdeh2 münasibətdə də təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5166.13 manat əsas və 1179.33 manat faiz borcu olmaqla, cəmi 6345.46 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30.40 manat məbləğində pul vəsaiti cavabdehdənlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5166.13 manat əsas və 1179.33 manat faiz borcu olmaqla, cəmi 6345 (altı min üç yüz qırx beş) manat 46 (qırx altı) qəpik məbləğində borc və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar