Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1256/2021 10.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və vurulmuş ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı mənəvi ziyan və arabarının onun torpaq sahəsinə düşən hissəsinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, şəhid ailəsi olaraq İddiaçı Ağaməmməd oğlu Cavabdeh ilə arasında bağladıqları şifahi kredit müqaviləsinə əsasən yaranmış 320 manat borcun və oğurladığı 720 manat dəyərində mal material olmaqla, ümumilikdə 1040 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 31 manat iddiaçı olaraq onun xeyrinə ödənilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi və İddiaçıonu təhqir etmələ vurduğu mənəvi zərərə görə, sonuncudan onun xeyrinə 5000 manatın alınmasını və cavabdehin arabarısı adı ilə aralarında tikdirdiyi tikilinin onun torpaq sahəsinə düşən hissəsinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəmədə izahat verərək, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. Mən İddiaçı Cavabdeh 800 manatı aldım, ona qarşı olan bütün iddialarımdan imtina etdim.
2. Mən Cavabdeh 800 manatı verdim və İddiaçı qarşı olan bütün iddialarından imtina edirəm. Barışıq sazişi bağlanılan zaman bizə MPM-nin 261-ci maddəsinin tələbləri izah edildi. Məhkəmə iclasında iddiaçı izahat verərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini, ekspertiza xərcinin cavabdehə aid edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini, həmçinin ekspertiza xərcinin ona aid edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən tərəflərin ödədikləri dövlət rüsumları onlara geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 122.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, tərəflər qarşılıqlı şəkildə razılaşdıqları üçün məhkəmə tikinti-texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı pul və vurulmuş ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı mənəvi ziyan və arabarının onun torpaq sahəsinə düşən hissəsinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin tərəfləri arasında 20.10.2021-ci il tarixdə bağlanmış aşadakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Mən, İddiaçı Cavabdeh 800 manatı aldım, ona qarşı olan bütün iddialarımdan imtina etdim.
2. Mən, Cavabdeh 800 manatı verdim və İddiaçı qarşı olan bütün iddialarından imtina edirəm. İddiaçı Cavabdeh qarşı pul və vurulmuş ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı mənəvi ziyan və arabarının onun torpaq sahəsinə düşən hissəsinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “e-Manat” vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Cavabdeh tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İş üzrə məhkəmə tikinti-texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdehdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov