Məhkəmə qərarları › İş №2(044)-1263/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1263/2022

13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1263/2022 13.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə yaşadıqlarə dövrdə xx.xx.2001-ci il tarixdə X5, xx.xx.2002-ci il tarixdə X6 və xx.xx.2013-cü il tarixdə X7 adlı üç uşaqları anadan olmuşdur. Artıq uşaqlarından ikisi böyükdür, universitetdə oxuyurlar, Ayan adı uşaqları isə azyaşlıdır. Cavabdeh ilə olan nikahları Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-941/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Həmin vaxt Ayan Abbasovanın saxlanması üçün Cavabdeh 170 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda həmin məbləğlə uşağın saxlanmasında maddi çətinlik çəkir və uşağın maddi tələbatlarını ödəyə bilmir, uşaq məktəblidir, maddi tələbatı çoxdur. Uşağın hazırlıq xərcləri, geyim və yemək xərclərini alimentlə qarşılaya bilmir, maddi çətinliklərlə üzləşir. Onların iki uşağı Üniversitetdə ödənişli oxuyur. O, təhsil haqlarını tək qarşılaya bilmir. Buna görədə sonuncu övladıolan Ayanın alimentini artırmaq istəyir. Cavabdeh günəmuzd çalışır, gəliri yaxşıdır, istəsə alimentin miqdarını 200 (iki yüz) manata çatdıra bilər. O, tək 3 uşağın saxlanmasında çətinliklərlə qarşılaşır. Cavabdeh könüllü olaraq uşağın alimnt məbləğini artırmaq istəmir. Bununla bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 941/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 dekabr 2000ci il tarixdə X12 267 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 anası Abbasova SAəyyad İbrahim qızının himayəsində saxlanılmış və xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh qızı ilə İddiaçı nikaharı 21 aprel 2021-ci il tarixdə 106 saylı akt qeydi ilə pozulmuşdur. xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 05 iyul 2013-cü il tarixdə X7 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(104)-941/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 05 iyul 2013-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2280 (üç min iki yüz səksən) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 42.80 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-941/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 05 iyul 2013-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 42.80 manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 2(044)-1263/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar