Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1264/2020 04.06.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB X3 Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB X5 Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 479.14 manat, faiz borcu üzrə 21.90 manat, cərimə 7.13 manat, cəmi 508.17 manat və ödənilmiş 20 manat dövlət rüsumunun «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-936/2016 saylı məhkəmə əmri ilə Cavabdeh əsas borc üzrə 479.14 manat, faiz borcu üzrə 21.90 manat, cərimə 7.13 manat, cəmi 508.17 manat və ödənilmiş 20 manat dövlət rüsumunun «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 936/2016 saylı qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-936/2016 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilməklə məhkəmə baxışına təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 30 % ödəmək şərtilə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 5410tkGNDJ/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxx» KB ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 30 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Cavabdeh banka əsas borc üzrə 479.14 manat, faiz borcu üzrə 21.90 manat, cərimə 7.13 manat, cəmi 508.17 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 479.14 manat, faiz borcu üzrə 21.90 manat, cərimə 7.13 manat, cəmi 508.17 manat və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına keçdiyindən, dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 479.14 manat, faiz borcu üzrə 21.90 manat, cərimə 7.13 manat, cəmi 508.17 manat və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumunun ödənilməmiş 10 manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1264/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1264/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver