Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1273/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən olundu ki, ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçının Cavabdeh1 qızına və Cavabdeh2 qarşı “pul” tələbi iddia tələbi birbiri ilə əlaqədar olmayan tələblərdir və onlara bir icraatda baxılması tərəflərin və üçüncü şəxslərin mənafeyinə toxuna bilər. Bundan başqa iddiaçı Cavabdeh1 verdiyi 5500 manat məbləğində borc pulun, Cavabdeh2 verdiyi 6500 manat məbləğində borc pulun və iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumunun hər iki cavbdehdən müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsində qeyd etdiyi tələblərini müstəqil iddialarla irəli sürməklə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1273/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1273/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver