Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-129/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 Zahid oğlunun nümayəndəsi, vəkil X8 oğlunun iştirakı ilə, İddiaçı Bank «xxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 180 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan əsas borc üzrə 29508.24 manat, faiz borcu üzrə 927.93 manat, cəmi 30436.17 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum (60.40 manat məbləğin) Cavabdeh1 iddiaçı Bank «xxx» ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı fərdi yaşayış evinə və 0.07 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilmiş vəsait, kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı ünvanda yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə ilə 300 ay müddətinə 35000 manat məbləğində, aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmiş və kreditin təmini kimi Cavabdeh1 ilə xx.xx.2012ci il tarixdə “xxxxxxxxx” ASC-ti və satıcı X3 arasında 180 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmetinin satış qiyməti 55000 manat müəyyən edilmiş, fərdi yaşayış evinin dəyərinin 20000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 35000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx xxxxx 2012-ci il tarixli 180 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcı-ipoteka qoyan satılan fərdi yaşayış evini xx.xx.2012-ci il tarixli 180 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir. xx xxxx 2016-cı il tarixdə X4 Palatasının müvafiq qərarına əsasən “xxxxxxxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmiş, Azərbaycan İpoteka fondu ASC-ti ilə Bank “xxx” ASC arasında imzalanmış xx xxx 2011-ci il tarixli 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx xxxx 2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxxxxxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxx” ASC-nə təhkim edilmişdir. Bu barədə, cavabdehlərə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 vəkili X6 məhkəmə iclasında bildirdi ki, “xxxxxxxxx” ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı ünvanda yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə ilə 300 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə “xxxxxxxxx” ASC-ti və satıcı X3 arasında 180 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmetinin satış qiyməti 55000 manat müəyyən edilmiş, fərdi yaşayış evinin dəyərindən 20000 manatı alıcı-ipoteka qoyan Cavabdeh1 tərəfindən ödənilmiş, 35000 manatı isə kreditoripoteka saxlayan tərəfindən xx xxxxx 2012-ci il tarixli 180 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Cavabdeh1 ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli 180 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxx” SKB tərəfindən Cavabdeh1 300 ay müddətinə 350000 manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli 180 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış sahəsinə dair kreditor-ipoteka saxlayan “xxxxxxxxx” SKB, alıcı-ipoteka qoyan Cavabdeh1 və satıcı X3 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış sahəsi və 0.07 ha torpaq sahəsi “xxxxxxxxx” SKB-nin hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə olan əsas borc üzrə 29508.24 manat, faiz borcu üzrə 927.93 manat, cəmi 30436.17 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən yazılmış ərizədə, o, Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış sahəsinin əri Cavabdeh1 tərəfindən alınmasına və “xxxxxxxxx” SKB-yə ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixli Ç-644 saylı “xxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyatzadə küçəsiində, Cavabdeh1 mülkiyyətində olan 0.07 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 110.7 kv.m ümumi, 46.4 kv.m yaşayış, 64.3 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 23.9 kv.m olan əl damı (liter B), 15.1 kv.m olan toyuq damı (lityer C), 18.0 kv.m olan hamamdan (liter D) ibarət 8 saylı fərdi yaşayış evinin hazırkı dövrə olan ilkin satış dəyəri 60000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3185 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və iddiaçı Bank «xxx» ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 180 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri əsas götürülməklə Cavabdeh1 Bank «xxx» ASC-nə xx.xx.2019-cu il tarixə olan cəmi borcu 30436.17 manat, əsas borc üzrə 29508.24 manat, faiz borcu üzrə 927.93 manat müəyyən edilmişdir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli, 180 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcuinun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün Cavabdeh1 borc hesablandığı tarixə cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilmiş vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Ç-644 saylı “xxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur ki, girov predmetinin dəyəri 60000 (altmış min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlərin iddiaçıya olan borcu isə 30436.17 (otuz min dörd yüz otuz altı manat on yeddi qəpik) manat dəyərində müəyyən edilmişdir. Göründüyü kimi girov predmetinin dəyəri faktiki mövcud olan borcun ödənilməsini təmin etmək qabliyyətindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 180 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehdən əsas borc üzrə 29508.24 manat, faiz borcu üzrə 927.93 manat, cəmi 30436.17 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və ilkin satış qiyməti 60000 manat məbləğində qiymətləndirilmiş ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 30436.17 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat iddiaçıya ödənilməli və ipoteka predmeti boşaldılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 180 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 əsas borc üzrə 29508.24 manat, faiz borcu üzrə 927.93 manat, cəmi 30436.17 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat iddiaçı Bank «xxx» ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi ipoteka qoyulmuş Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı fərdi yaşayış evinə və 0.07 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracda satılsın. İlkin satış qiyməti 60000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 30436.17 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat iddiaçı Bank «xxx» ASC-nə ödənilsin və Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyadzadə küçəsi, 8 saylı fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi boşaldılsın. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-129/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-129/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver