Məhkəmə qərarları › İş №2(044)-129/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-129/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-129/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Səttar oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 06R000018405 saylı kredit razılaşması üzrə 19474,99 ABŞ dolları məbləğində kredit borcu, 6073.2 ABŞ dolları məbləğində faiz borcu və 22486.12 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 48034 ABŞ dolları 31 sent məbləğində borcun, 006R********** saylı kredit razılaşması üzrə 318.88 ABŞ dolları məbləğində kredit borcu, 174.18 ABŞ dolları məbləğində faiz borcu və 232.7 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 725 ABŞ dolları 76 sent məbləğində borcun, ümumilikdə cəmi 48760 ABŞ dolları 7 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək cavabdelər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 06R000018405 saylı kredit razılaşması üzrə 19474,99 ABŞ dolları məbləğində kredit borcu, 6073.2 ABŞ dolları məbləğində faiz borcu və 22486.12 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 48034 ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə 48034 ABŞ dolları 31 sent, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracda satışdan olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması; ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Əlizadə Səttar Ələsgər oğlu, Cavabdeh2 və Cavabdeh4 Səttar oğlunun həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06R000018405 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 06R000018405S saylı, xx.xx.2016-cı il tarixli 06R000018405SA saylı, xx.xx.2016-cı il tarixli 06R000018405SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 10525.01 ABŞ dolları ödəmiş, onun 19474.99 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə hesablanmış faiz borcu 6073.2 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 428 gün üçün hesablanmış cərimə 22486.12 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Həmçinin, uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 06M000000887 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyan Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş xx.xx.2018-ci il tarixdə ünvana çatdılırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 təqdim edilmiş və həmin İdarədə qeydiyyata alınmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək cərimə məbləğinin yüksək olduğunu, ipoteka predmeti olan evin dəyərinin aşağı qiymətləndirildiyini bildirmişdir. Mülki iş materiallarında olan: - İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 06R000018405 saylı kredit Razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 aylıq 1,8333% dərəcəsi ilə 36 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli 11305 Saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 İddiaçı KB QSC-yə 06R000018405 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 19474.99 ABŞ dolları əsas borc, 6073.2 ABŞ dolları faiz borcu, 22486.12 ABŞ dolları cərimə borcu cərimə hesablanmış gecikdirilən günlərin sayı 428 gün, ümumilikdə 48034.31 ABŞ dolları borcu vardır. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 06R000018405S nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxxxx 2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsi üzrə x xxxxxx 2014-cü il tarixdə bağlanmış 06R000018405 kredit razılaşmasının ayrılmaz hissəsi olan x xxxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri xx xxxxxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016cı il tarixli 06R000018405SA nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxxxx 2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdəbağlanmış 06R000018405 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxxx 2016-cı il tarixdən aylıq 1.75 faiz dərəcəsi ilə faizlər hesablanır. Kredit alan bu sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirgecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir.Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin sayı ödniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2100.36 ABŞ dolları məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli 06R000018405SB nömrəli sazişdən görünür ki, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsi üzrə x xxxxxx 2014-cü il tarixdə bağlanmış 06R00001845 kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri sazişə əlavə olunmuş x xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir.Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmaqdıqda Bank ödəniş planında qeyd olunmuş 7544.33 ABŞ dolları məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. - xx xxxxxx 2012-ci il tarixli, 06S000007587 saylı zaminlik müqaviləsindən görünür ki, xx xxxxxx 2012-ci il tarixdə 06L00003432 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh1 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - xx.xx.2018-ci il tarixli və xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclarını ödənilməsi barədə xəbərdarlıq edilmişdir. - 06M000000887 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixdə 06L000003432 saylı kredit xətti müqaviləsinin və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması və Bank qarantiyası verilməsi haqqında müqavilə formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evi 120 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə Cavabdeh1 məlumat verilmişdir. - İddiaçıQSC-nin xx.xx.2018-ci il tarixli ərizənin və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışın surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 sayıl Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət qəbul olunmuşdur. - xx.xx.2012-ci il tarixli 222 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 37.9 kv.m ümumi 23.5 kv.m yaşayış 14.4 kv.m yardımçı sahəsi olan 65 № li yaşayış evinin sahibi Cavabdeh1dır. Həmin evdə Cavabdeh1 əri Cavabdeh3, oğlu Cavabdeh2 və digər oğlu Cavabdeh4 Səttar oğlu yaşayırlar. - 16-xx.xx.2012-ci il tarixli Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Səttar oğlunun ərizələrindən görünür ki, onlar Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizmai rayonu, İ.Məmmədov küçəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 37.9 kv.m ümumi 23.5 kv.m yaşayış 14.4 kv.m yardımçı sahəsi olan 65 № li yaşayış evinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razıdılar, həmin evə tutma yönəldikdə və ev satıldıqda evi qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. Məhkəmə idiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit razılaşmasına əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3596/2019 saylı qərardadına əsasən məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 441 saylı rəyində qeyd olunmuşdur ki, xx xxxxxx 2012-ci il tarixli, 06L000003432 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixli 06R000018405 saylı kredit razılaşmasının eləcə də əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh2 İddiaçı QSC-nə olan borcu xx xxxx 2019-cu il tarixə 21.066,33 ABŞ dolları əsas, 12.115,13 ABŞ dolları faiz, xx xxxxxx 2019-cu il tarixə 21.066,33 ABŞ dolları əsas, 13.841,20 ABŞ dolları faiz müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli kredit xətti və 06R000018405 saylı kredit kredit razılaşması üzrə ekspert rəyi ilə müəyyən edilmiş borcun məbləği iddia ərizəsinə əlavədə göstərilmiş məbləğdən çoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli kredit xətti və 06R000018405 saylı kredit razılaşması üzrə borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən həmin müqavilə üzrə borc iddia tələbinə uyğun tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 25 ABŞ dolları müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürdüyünə görə məhkəmə hesab edir ki, o, da iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyə tam əməl etməmişdir. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətinin müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 286/2020 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/627 saylı rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Nizmai rayonu, İ.Məmmədov küçəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 37.9 kv.m ümumi 23.5 kv.m yaşayış 14.4 kv.m yardımçı sahəsi olan 65 № li yaşayış evinin bazar dəyəri 48000 manat, likvid dəyəri 38000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakın satış (likvid) qiyməti müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 38000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetləri satıldıqdan 1 ay sonra cavabdehlər həmin əmlakı boşaldaraq çıxmalı və alıcıya təhvil verməlidilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 06R000018405 saylı kredit Razılaşması üzrə 19474.99 ABŞ dolları məbləğində kredit borcu, 6073.2 ABŞ dolları məbləğində faiz borcu və 25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25573,19 ABŞ dolları məbləğində borc tutulmalı, tələb ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 38000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə müştərək qaydada tutulmalı, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Əli-zadə Səttar Ələsgər oğlu, Cavabdeh2 və Cavabdeh4 Səttar oğlu həmin əmlakdan çıxarılaraq həmin əmlak boşaldılıb alıcıya təhvil verilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 16 manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqları müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 06L000003432 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 06R000018405 saylı kredit Razılaşması üzrə 19474.99 ABŞ dolları məbləğində kredit borcu, 6073.2 ABŞ dolları məbləğində faiz borcu və 25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 25573 (iyirmi beş min beş yüz yetmiş üç) ABŞ dolları 19 (on doqquz) sent məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Tələb ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulsun. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 mülkiyyətində olan 0.0117 ha topaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37,9 kv.m ümumi, 23,5 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 1 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 38000 (otuz səkkiz min) manat müəyyən edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Səttar oğlu həmin əmlakdan çıxarılaraq, həmin əmlak boşaldılıb alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 16 (on altı) manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqları müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar