Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1295/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 21000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə onun arasında eyni tələblə bağlı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qüvvədə olan x xxxx 2019-cu il tarixli, 2(044)-1906/2019 saylı qərardadının mövcud olduğunu bildirmiş və bu səbəbdən də iş üzrə iddianın yolverilməz olduğuna görə iddia ərizəsinin qəbulundan imtina edilməsi və ya iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı ərizə verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən x xxxx 2019-cu il tarixli, 2(044)-1906/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı 20000 manat pulun alınıb ona verilməsi barədə iddiasından imtina etmiş və buna görə də iş üzrə icraata xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsində iddia tələbinin həcmini dəyişsədə, iş materiallarından məlum olur ki, mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasladır. Məhkəmə ərizələri və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mübahisəyə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən x xxxx 2019-cu il tarixli, 2(044)-1906/2019 saylı iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edildiyindən və həmin qərardad artıq qanuni qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1295/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1295/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver