Məhkəmə qərarları › İş №2(044)-1318/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1318/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1318/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 (on altı min) manat borcun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun qohumu X2 qonşusu yaxın münasibətdə olan Cavabdeh ailə qurmaq üçün özünə yaşayış evi inşa etdirməli olmuşdur. Bu səbəbdən Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciət təmin edilərək ona Kəpəz Rayon İcra Hakimiyyətinin 22 noyabr 2016-cı il tarixli 1654 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Cavadxan qəsəbəsində fərdi yaşayış evinin inşası üçün 4 sot torpaq sahəsinin ayrılması göstərilmişdir. Sərəncama əsasən cavabdeh həmin torpaq sahəsində evin inşası üçün tikinti işlərinə başlamışdır. Xeyli tikinti işləri aparılsa da, ev başa çatmamış, yarımçıq qalmışdır. Tikinti işlərinin aparılması üçün cavabdehin vəsaiti yox idi. Belə olduqda cavabdeh Mehman və atası İbrahim ailəvi yaxın olan qonşu İltifatdan xahiş etmişlər ki, tikintini başa çatdırmaq üçün onlara borc pul tapmaq üçün köməklik etsin. İltifat çarəsiz qalan cavabdeh Mehmana evini başa çatdırmaq üçün xeyirxahlıq naminə ondan dəfələrlə xahiş etmişdir ki, evin tikintisini başa çatdırmaq üçün Cavabdeh lazım olan 16000 (on altı min) manat borc pul versin. İddiaçı onunla razılaşmışdır. 30 yanvar 2019-cu il tarixdə Gəncə Asan Xidmət Mərkəzində Notariusda rəsmi olaraq borc müqaviləsi bağlayaraq Cavabdeh 16000 (on altı min) manat borc pul vermişdir. Cavabdeh müqavilədə həmin pulu 2020-ci ilin may ayının sonunacan qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh ondan aldığı həmin borc pulla evin tikintisini başa çatdırmışdır. Hazırda həmin evdə valideynləri ilə yaşayırlar. O, cavabdehdən verdiyi borc pulu tələb edir, cavabdeh isə bugünə qədər borcunu ödəməkdən yayınır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “ASAN xidmət” mərkəzinin notariat ofisində İddiaçı ilə oğlu Cavabdeh arasında 30.01.2019-cu il tarixli “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində qeyd edildiyi kimi iddiaçı tərəfindən Cavabdeh 16000 manat faizsiz olan kredit verilməli idi. Lakin iddiaçı bu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, iddiaçı həmin pulu bankdan götürüb cavahdehə verməli idi. Lakin kredit müqaviləsi imzalandıqdan sonra iddiaçı bankdan pul götürə bilmədiyindən cavabdehə həmin pul verilməmişdir. Cavabdeh iddiaçıdan pul almayıbdır. İddia tələbini qəbul etmir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 22 noyabr 2016-cı il tarixli, 1654 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzində notarial qaydada təsdiq olunmuş 30.01.2019-cu il tarixli, **********698 saylı ərizənin surətindən görünür ki, Cavabdeh Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində 30.01.2019-cu il tarixli, 3M- 73 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı 16000 (on altı min) manat borc pul aldığını, aldığı həmin borc pulu 22.11.2016-cı il tarixli, 1654 nömrəli Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən ona verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi ünvanında yerləşən 400,0 kv.m torpaq sahəsində fərdi yaşayış evi yerləşdirmək (inşa etmək) üçün istifadə edəcəyini göstərmişdir. İş materiallarında olan 30.01.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 16000 (on altı min) manat məbləğində borc pul verilmişdir. Həmin müqavilədən görünür ki, borc alan Cavabdeh krediti 30.05.2020-ci il tarixədək borc verən İddiaçı qaytarmalıdır. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı”nın mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 16000 manat pul ödənilmişdir, həmçinin “Aqrarkredit SKT”nin qəbzindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş pul Cavabdeh tərəfindən götürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən müqavilədə müəyyən edilmiş öhdəlik icra edilməmiş, yəni cavabdeh tərəfindən ödənilməli olan pul məbləği ödənilməmiş və bununla da müqavilənin şərtləri pozulmuşdur. Buna görə də Cavabdeh 16000 (on altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar