Məhkəmə qərarları › İş №2(044)-136/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-136/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-136/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxsin nümayəndəsi və vəkili X9, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxs X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 43800 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxs X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 43800 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxsin nümayəndəsi Elxan Osmanov iddia həcmlərinin azaldılması barədə ərizələr verərək Cavabdeh 11800 manat pulun alınıb İddiaçı ödənilməsi, 32000 manat pulun alınıb X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxsin nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh obyekt almaq adı ilə 2018-ci ildə noyabr ayında Xatimədən ümumilikdə 32000 manat pul almış, dekabr ayında isə Saidədən 11800 manat alaraq yanvar ayına qədər obyekti Saidənin adına sənədləşdirəcəyini bildirmişdir. Lakin 1 aydan sonra cavabdeh X11 və Saidə ilə əlaqəni kəsmiş, sonuncular dəfələrlə cavabdehlə telefonla əlaqə saxlamış, cavabdeh hər dəfə yaxın günlərdə sənədlərin hazır olacağını bildirmişdir. Sonradan Saidə və Xatimə cavabdehin aldığı cəmi 43800 manat pulu öz borclarına xərclədiyini öyrənmişlər. Saidə və Xatimənin şikayəti əsasında cavabdehin hərəkətləri barədə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq aparılsa da, sonda iddiaçının cavabdehlə aralarında olan münasibətin mülki xarakterli olması ilə əlaqədar ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciə etmişlər. Sonda iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxsin nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh iddiaçıdan 5000 manat sələmə pul götürmüş və vaxtı-vaxtında faizləri ilə birlikdə qaytarmışdır. Saidə və Xatimə cavabdehə 43800 manat pul verməmişlər, cavabdeh sonunculardan qorxduğu üçün istintaq zamanı həmin pulu borc olaraq aldığını və qaytaracağını bildirmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, Cavabdeh 2018-ci ilin oktyabr ayından 2019-cu ilin mart ayına kimi pula ehtiyacı olduğu üçün X1 və İddiaçı sonuncuların yaşadıqları Gəncə şəhəri, H.Əliyev prospektindəki evdə borca hissə-hissə cəmi 43800 manat pul götürmüş, lakin maddi vəziyyəti buna yol vermədiyindən həmin pulu qaytara bilməmişdir. Toplanmış materialda CM-nin 178-ci maddəsinin tərkib əlamətləri yaranmadığı üçün, həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı, X.Musayeva və Cavabdeh aralarında olan borc məsələsi mülki qaydada məhkəmədə mübahisələndirilməli olduğundan məhkəməyə müraciət etmək hüquqları izah edimişdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhər prokurorluğu tərəfindən göndərilmiş HK-1/865/866 saylı materialda olan izahatlarında X6 və İddiaçı bildirmişlər ki, Gülnar Abdullayeva 2018-ci ildə noyabr ayında Xatimədən ümumilikdə 32000 manat pul almış, dekabr ayında isə Saidədən 11800 manat alaraq yanvar ayına qədər obyekti Saidənin adına sənədləşdirəcəyini demişdir. Həmçinin həmin materialda olan xx.xx.2019-cu il tarixl izahatında X3 bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin mart ayına kimi onun pula ehtiyacı olduğu üçün X1 və İddiaçı sonuncuların yaşadıqları Gəncə şəhəri, H.Əliyev prospektindəki evdə borca hissə-hissə cəmi 43800 manat pul götürmüş, lakin maddi vəziyyəti zəif olduğundan borcunu ödəyə bilməmişdir. O, yaxın vaxtlarda sonunculara olan borcunu qaytaracağını qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Çünki Cavabdeh qanuni əsas olmadan İddiaçı 11800 manat, Xatimə Musayevadan 32000 manat alaraq Səidənin adına obyekt sənədləşdirəcəyini bildirmiş, lakin sənədləşdirməyərək onların hesabına əsassız varlanmışdır. Belə olan halda Cavabdeh əldə etdiklərini İddiaçı və Xatimə Musayevanın tələbləri ilə onlara qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinin 1-ci cümləsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehin nümayəndəsi X8 Məlikovadan cəmi 5000 manat borc aldığını və faizlə birlikdə qaytardığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialda olan tərəflərin izahatları və qərar ilə X8 Məlikovadan 11800 manat, Xatimə Musayevadan 32000 manat, ümumilikdə 43800 manat pul alması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 11800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı və 32000 manat məbləğində pul vəsaiti tutularaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxs X5 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddialar təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq ona, Xatimə Musayeva tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı, 32000 (otuz iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçünçü şəxs X5 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar