Məhkəmə qərarları › İş №2(044)-1361/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1361/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1361/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 29.12.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 142 manat ödənilməmiş hissə, 14 manat cərimə, 04.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38105 olan Samsung J2 markalı telefon üçün 68 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 230 manat borc, 20 manat dövlət rüsumu, cəmi 250 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 29.12.2018-ci il tarixli və 04.04.2019-cu il tarixli müqavilələrinə əsasən Samsung markalı paltaryuyan və İMEİ kodu **********38105 olan Samsung J2 markalı telefon almış və nəticədə 230 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 manat (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün 156 manat olmaqla ondan, 142 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 manat cərimə, 04.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408 manat (12 ay x 34 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********38105 olan Samsung J2 markalı telefon üçün 74 manat olmaqla ondan, 68 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 936 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 04.04.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********38105 olan Samsung J2 markalı telefonu 408 manata almışdır. - Tərəflər arasında bağlanmış 04.04.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 10.05.2019-cu il tarixdən 10.04.2020-ci il tarixədək 12 ay ərzində hər ay 34 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 29.12.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən Samsung markalı paltaryuyanı 738 manata almışdır. - Tərəflər arasında bağlanmış 29.12.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 31.01.2019-cu il tarixdən 30.06.2020-ci il tarixədək 18 ay ərzində hər ay 41 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 20.02.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 29.12.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 596 manat, ödənilməmiş məbləği 142 manat, cərimə məbləği 14 manat, ümumilikdə ödənilməmiş məbləği 156 manat, 04.04.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 340 manat, ödənilməmiş məbləği 68 manat, cərimə məbləği 6 manat, ümumilikdə ödənilməmiş məbləği 74 manat olmaqla cəmi ödənilməmiş məbləği 230 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 29.12.2018-ci il tarixli və 04.04.2019-cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 29.12.2018-ci il tarixli müqavilə üzrə 142 manat ödənilməmiş hissə, 14 manat cərimə, 04.04.2019-cu il tarixli müqavilə üzrə 68 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla ümumilikdə cəmi 230 (iki yüz otuz) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar