Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-137/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzaibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılmasına ərizə ilə məhkəməyə müraciət edərək ərizədə göstərilən qızıl-zinət əşyalarının naturda və ya dəyəri olaraq 13680 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır, onun Azərbaycan Respublikasında yaşayış yeri yoxdur və mülkiyyətində olan əmlaklar, Gəncə şəhəri, Kəpəz rayonu, X6 (H.Əliyev) prospekti, ev 83, mənzil 24 ünvanındakı ev və Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 23C saylı ünvanda yerləşən qeyri-yaşayış binası Kəpəz rayonun ərazisində yerləşir. İddia ərizəsində cavabdehin ünvanı kimi qeyd edilən ünvan 3 ünvanındakı ev məhkəmədə xx.xx.2019-cu il tarixdə iddia qaldırılmamışdan əvvəl xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən X1. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 36.1-cı maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə iclasında tərəflərin nümayəndələri və vəkilləri mülki işin ərazi adiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin Azərbaycan Respublikasında yaşayış yeri olmadığından və ona məxsus olan əmlaklar Kəpəz rayonu ərazisinə aid olduğundan hazırkı mülki işə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 31, 32, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair 2(044)-137/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-137/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-137/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver