Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-137/2022 23.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı xxxxnın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə iddaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma tələbinə dair etdiyi iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli **********801 19/01/İP N-li Alqı- Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsində yerləşən 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 124,9 kv.m. yaşayış, 46,4 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 171,3 kv.m. təşkil edən 2 mərtəbəli, 5 otaqlı 75 Ne-li fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 29.12.2019-cu il tarixli **********801 19 Ne-li Kredit müqaviləsi üzrə Cavabdeh1 onun qarşısında 34 711,58 manat məbləğində əsas borcu, 5496,53 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 40208,11 manat və 08.04.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən onun xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehlərdən İddiaçının xeyrinə tutulması, İpoteka predmetinin ilkin satış qiyməti Alqı-Satqı və İpoteka müqaviləsinin 1.8-ci bəndində qeyd olunmuş likvid dəyəri (64 800 manat) məbləğində təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ASC “Xalq” Bank ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli **********801 19/01/İP Ne-li Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsində yerləşən 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 124,9 kv.m. yaşayış, 46,4 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 171,3 kv.m. təşkil edən 2 mərtəbəli, 5 otaqlı 75 N-li fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 29.12.2019cu il tarixli **********801 19 Ne-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı "xxxx" ASC qarşısında 34 711,58 manat məbləğində əsas borcu, 9185 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 43896,58 manat və 08.04.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər avabdehlərdən iddiaçının xeyrinə tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti Alqı-Satqı və İpoteka müqaviləsinin 1.8-ci bəndində qeyd olunmuş likvid dəyəri (64 800 manat) məbləğində təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli **********80119 N-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsində yerləşən 0,045 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş 124.9 kv.m. yaşayış, 46,4 kv.m. yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 171,3 kv.m. təşkil edən 2 mərtəbəli, 5 otaqlı 75 Ne-li fərdi yaşayış evinin alınması məqsədilə 84 ay müddətinə, illik 15 faiz olmaqla, 35 700 manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi Yaşayış sahəsini 30.12.2019-cu il tarixli **********80119/01/İP Ne-li Alqı-Satqı və İpoteka müqaviləsi (bundan sonra “Alqı-Satqı və İpoteka müqaviləsi” adlanacaq) üzrə Banka ipotekaya qoymuşdur. Bankın yuxarıda qeyd edilən Yaşayış sahəsinə ipoteka hüququnun qeydiyyata alınmasına dair "xxxx" ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.02.2020-ci il tarixli ********** qeydiyyat No-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Kredit müqaviləsinin 1 Nömrəli Əlavəsi olan Ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, 08.04.2021-ci il tarixinə Cavabdeh1 Kreditor qarşısında gecikdirilmiş borcu 8483,19 manat təşkil edir ki, bunun da 2986,66 manatını vaxtı keçmiş əsas borc, 5496,53 manatını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndina əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək və öz tələblərini İpoteka haqqından Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak obyekti hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh1 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 17.02.2021-ci il il tarixli 84 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün bu əmlakın 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 23.02.2021-ci il tarixli 103 nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edilmiş və Ərizənin surətində 23.02.2021-ci il tarixdə qəbul edilməsi barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq bu günə kimi borcun ödənilməsi üçün heç bir addım atılmamışdır. Cavabdeh1 ilə yuxarıda qeyd olunmuş Kredit müqaviləsini bağlamaqla iddiaçı kreditdən istifadəyə görə həmin müqavilədə nəzərda tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin Cavabdeh1 Kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində İddiaçının krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq İddiaçı ən azı Cavabdeh1 tərəfindən həmin kreditin Banka faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olur. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (29.12.2026-cı il) hələ də bitmədiyini və Konstitusiya məhkəməsinin bu abzasda qeyd olunmuş hüquqi mövqeyini nəzərə alaraq İddiaçı həmin dövr üçün əldən çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində göstərilmiş faiz dərəcəsini (15) əldə rəhbər tutmağı əsaslı hesab edir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi, Cavabdeh1 tərəfindən Kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 6.2.-ci bəndinə əsasən illik 15 faiz dərəcəsi ilə dəbbə pulu ödənilməlidir. Hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni 08.04.2021-ci il tarixdən etibarən İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 faiz hesabı ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz hesabı ilə hesablanan penyanın faizlərinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi Tərəflər arasında bağlanmış Alqı-Satqı və İpoteka müqaviləsinin 1.8-ci və 1.9-cu bəndlərinə əsasən 64 800 manat məbləği təyin edilməlidir. Məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə yanaşı, fərdi yaşayış evinin satışından sonra həmin fərdi yaşayış evində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində fərdi yaşayış evindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğu göstərməlidir. İpoteka predmeti olan fərdi yaşayış evində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 yaşamaları (qeydiyyatsız) faktı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.11.2018-ci il tarixli, 2(044)-4108/2018 nömrəli qətnaməsi və Bank əməkdaşlarının apardıqları monitorinq ilə təsdiq olunur. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - ASC “Xalq” Bank ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, **********80119 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 15% dərəcəsi ilə 84 ay müddətinə 35 700 manat məbləğində kredit verilmişdir. - 30.12.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ümumi sahəsi 171.3 kv/m, yaşayış sahəsi 124.9 kv/m, köməkçi sahəsi 46.4 kv.m olan ünvan 1 ünvanında, mülkiyətində olan 0.045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evini tam mülkiyyət üzrə Cavabdeh1nın adına rəsmiləşdirilmişdir. Mənzilin satış qiyməti 45 650 manat müəyyən edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi, 75 № li fərdi yaşayış evi və 0.045 ha torpaq sahəsi ilə birgə ASC “Xalq” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 08 aprel 2021-ci il tarixli arayışdan görünür ki, 08.04.2021-ci il tarixə Cavabdeh1 banka əsas borc məbləği 34 711.58 manat, ümumi faiz borcu 5496.53 manat, cəmi borc 40208.11 manat təşkil edir. - 17.02.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı ASC “Xalq” Bank tərəfindən Cavabdeh1 ipoteka predmetinə tutmanı yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. - 23 fevral 2021-ci il tarixli ərizədən, müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı ASC “Xalq” Bank ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi, 75 № li fərdi yaşayış evi və 0.045 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə müraciət etmiş və müraciət qəbul olunmuşdur. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.11.2018-c il tarixli 2(044)- 4108/2018-ci il tarixl qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 Uğulu oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onlarla birlikdə yaşayan ailə üzvləri ünvan 2 ünvanda yerləşən 0.045 ha torpaq sahəsi və onun üzərindəki 124.9 kv.m yaşayış, 46.4 kv.m yardımçı sahədən ibarət ümumi sahəsi 171.3 kv.m 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən çıxarılması və həmin evin iddiaçı ASC “Xalq” Banka təhvil verilməsi qət olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının ondan borcun ödənilməsini tələb etmək hüququ vardır. Bundan başqa məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi, 75 № li fərdi yaşayış evi və 0.045 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi, 75 № li fərdi yaşayış evi və 0.045 ha torpaq sahəsinin ilkin satış qiymətinin (likvid) müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(044)- 1668/2021 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC-nin 23 noyabr 2021-ci il tarixli, 71 saylı rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi, 75 № li fərdi yaşayış evi və 0.045 ha torpaq sahəsinin likvid dəyəri 65 000 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid) müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin (likvid) göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsi, 75 № li fərdi yaşayış evi və 0.045 ha torpaq sahəsinin ilkin satış qiyməti (likvid) 65 000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdürsə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmalıdır; b) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməlidir; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmalıdır. Qeyd olunanlardan müəyyən olunur ki, icra sənədinə əsasən ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxma üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Həmin tutmanın yönəldilməsi barədə icra sənədi yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxma üçün əsasdır. Buna görə də məhkəmə iddia tələbinin, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayon, Turan küçəsi, 75 nömrəli fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin fərdi yaşayış evni ən geci 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılmaları hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda iddiaçı iddia tələbinin 08.04.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması hssəsni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Həmin maddənin məzmununa görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli **********801 19/01/İP Ne-li Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsində yerləşən 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 124,9 kv.m. yaşayış, 46,4 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 171,3 kv.m. təşkil edən 2 mərtəbəli, 5 otaqlı 75 Ne-li fərdi yaşayış evinə tutma yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 65 000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı və 29.12.2019-cu il tarixli **********801 19 N-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı "xxxx" ASC qarşısında 34 711,58 manat məbləğində əsas borc, 9185 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, cəmi 43896,58 manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 65 000 manat müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ASC “Xalq” Bank ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli **********801 19/01/İP N-li Alqı-Satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Turan küçəsində yerləşən 0,045 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 124,9 kv.m. yaşayış, 46,4 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 171,3 kv.m. təşkil edən 2 mərtəbəli, 5 otaqlı 75 N-li fərdi yaşayış evinə tutma yönəlsin, ipoteka predmetinin ilkin satış qiyməti 65 000 manat müəyyən edilsin və həmin əmlak açıq hərracda satılsın. 29.12.2019-cu il tarixli **********801 19 N-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bank qarşısında 34 711,58 (otuz dörd min yeddi yüz on bir manat 58 qəpik) manat məbləğində əsas borcu, 9185 (doqquz min bir yüz səksən beş) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 43896,58 (qırx üç min səkkiz yüz doxsan altı manat əlli səkkiz qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 (on üç) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-137/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-137/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver