Məhkəmə qərarları › İş №2(044)-1384/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1384/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1384/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 22000 (iyirmi iki min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır və ünvan 2ır. 30.03.2018-ci il tarixdə Cavabdeh bir il müddətinə 22000 (iyirmi iki min) manat borc pul vermiş və bu barədə aralarında əlyazma qəbz var, hər ikisi tərəfindən imzalanmışdır. Onun tərəfindən cavabdehə pulun verilməsində onun əmisi X3 da iştirak etmişdir. Lakin cavabdeh razılaşmalarına əsasən üzərinə götürdüyü öhdəliyini icra etməkdən yayınmış, icra etməkdən boyun qaçırmış, ona olan borcunu hazırkı vaxtadək qaytarmamışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahid ifadəsinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı onun qardaşı oğludur. Cavabdeh ondan borc pul istəmiş və onun pulu olmadığı üçün Kamaldan xahiş etmişdir ki, Faziləyə pul versin. O, 30.03.2018-ci il tarixdə Kamalı Cavabdeh bir il müddətinə 22000 (iyirmi iki min) manat borc pul verməsində şahid kimi iştirak etmişdir. Kamalın Cavabdeh pul verməsi barədə aralarında əlyazma qəbz var və tərəflər və o, həmin qəbzdə imza etmişdir. İş materiallarında olan 30.03.2018-ci il tarixli əyazma qəbzdən görünür ki, Cavabdeh 30.03.2018-ci il tarixdə X1 iştirakı ilə İddiaçı 22000 (iyirmi iki min) manat borc pulu bir il müddətinə qaytaracağı şərti ilə almışdır. 22.02.2021-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə, Gəncə şəhəri sektoru tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və hal-hazırda müvəqqəti olaraq ünvan 3 ünvanda məskunlaşmışdır. 04.02.2021-ci il tarixli 1760 saylı arayışdan görünür ki, İddiaçı hal-hazırda Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdırılması üçün salınmış 1500 ailəlik yaşayış massivində bina 23, mənzil 39 ünvanda müvəqqəti olaraq məskunlaşmışdır. 22.02.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi olmadığından material üzrə cinayət işiniun başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, 30.03.2018-ci il tarixdə tərəflər arasında X1 iştirakı ilə əlıyazma qəbz imzalanmış və İddiaçı 22000 (iyirmi iki min) manat borc pulu Cavabdeh bir il müddətinə qaytarması şərti ilə verilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətini təşkil edən 22000 (iyirmi iki min) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 22000 (iyirmi iki min) manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar