Məhkəmə qərarları › İş №2(044)-1391/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1391/2021

16.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1391/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdehlər Cavabdeh2 qızının və Cavabdeh3 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qızına və Cavabdeh3 oğluna, 3-cü şəxs Maraqlı şəxs qarşı «giriş-çıxış yolunun müəyyən edilməsi və ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 qızına və Cavabdeh3 oğluna, 3-cü şəxs Maraqlı şəxs qarşı «giriş-çıxış yolunun müəyyən edilməsi və ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzillərin ümumi giriş-çıxış yolunun müəyyən edilməsi və ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev 25.05.2005ci il tarixli 5406 saylı qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir və həmin ünvanada üç mənzil yerləşir. Uzun müddətdir ki, cavabdeh, onun ailə üzvləri, Maraqlı şəxs, onun ailə üzvləri və o, öz ailə üzvləri ilə birgə ümumi istifadədə olan bir girişçıxış yolundan istifadə etməklə yaşamışlar. Bir müddət əvvəl Maraqlı şəxs oğlu Fariz və cavabdehlərdən Xatirə onlara müraciət edərək giriş-çıxış yolunun ayrılmasına icazə verilməsini xahiş etmişlər və onlar buna etiraz etməmişlər, qonşular da öz aralarında razılaşdıqdan sonra Fariz ümumi istifadədə olan giriş-çıxış yolunun özünə aid hissəsinin qarşısından hasar inşa etmiş və ümumi istifadədə olan giriş-çıxış yolunu ayırmışdır. O, və ailə üzvləri Maraqlı şəxs hasarı inşa etməsini gözləmişlər. Məhz bundan sonra onlar və cavabdehlər eyni qaydada giriş-çıxış yolunun ayrılmasına razılaşmışlar, lakin sonradan cavabdeh hasar çəkilməsi üçün gətirdikləri ustaya hasar çəkilməsinə və ümumi istifadədə olan torpaq sahəsinin bölünməsinə icazə verməmişdir, səbəb isə cavabdehin öz maraqlarına uyğun ərazi iddiası etməsi olmuşdur. Onun iddiasına uyğun bölgü aparılarsa, ona az giriş yolu qalır və qoyulacaq giriş darvazası Əttarlar küçəsinin onların ünvanına yaxın olan döngəsinin tininə düşür və bu da daim qəza təhlükəsi ilə üzləşəcəklərinə işarədir. Bundan başqa, ona aid mənzilin əsas yola baxan hissəsinə tez-tez avtomaşın çırpılır. Bu səbəbdən də o, hazırda 24.8 kv.m sahədən ibarət olan qarajdan istifadə edə bilmir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, keçirilmiş ekspertizanın rəyi ilə razıdır. Cavabdeh2 qızı məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, ümumi istifadədəd olan mənzillərin ümumi giriş-çıxış yolunun müəyyən edilməsi ilə razı deyildir. Çünki bölgünün aparılması onların mülkiyyət hüquqlarını pozur. Bundan başqa iddiaçının özünün ayrıca giriş-çıxışı vardır. Buna baxmayaraq iddiaçı əlavə olaraq, başqa bir giriş-çıxış yolunun açılmasını da tələb edir. İddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh3 oğlu məhkəmə iclasında digər Cavabdeh2 qızı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh1 oğlu və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 01.03.2021-ci il tarixli, **********74 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən əmlak Gəncə şəhəri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Ünvanda 3 mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Gəncə şəhər İcraiyyə Komitəsinin 06.09.1991-ci il tarixli, 10 nörməli qərarından çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzil (23 kv.m. və 24,5 kv.m. yaşayış otaqları, 9 kv.m. örtülü eyvan, 11 kv.m. mətbəx, 18 kv.m. qaraj və 4 kv.m. hamam) X2 şəxsi mülkiyyətinə verilmişdir. Ona 28.10.1991-ci il tarixli, 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı Notariat Kontorunun 17.05.2005-ci il tarixli, 2V-1-120 saylı qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil (tikili “A”-da 50,3 kv.m. iki yaşayış otaqları, 25.8. kv.m. köməkçi sahə, tikili “B”-də 24,8 kv.m. qaraj) İddiaçı adına keçmişdir. Ona 25.05.2005-ci il tarixli, 5406 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 06.11.1992-ci il tarixli, 3639 saylı sərəncamına əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, ev 70, 4 saylı mənzil (22,1 kv.m., 21 kv.m., 10,3 kv.m. üç yaşayış otaqları, 10,1 kv.m. dəhliz) X3 şəxsi mülkiyyətinə verilmişdir. Ona 23.11.1992-ci il tarixli, 7341 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Notariat Kontorunun 25.07.2008-ci il tarixli, 2V-1-105 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu mənzil (53,4 kv.m. üç yaşayış otaqları, 10,1 kv.m. köməkçi sahə) X4 adına keçmişdir və ona 18.08.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının 28.12.1995-ci il tarixli, 2972 saylı sərəncamı ilə verilmiş 57 nömrəli order, Gəncə şəhəri Mənzil İstismarı Trestinin 1 saylı mənzil istismarı kontorunun 16.12.1997-ci il tarixli 2866 arayışı, Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 23.03.1998-ci il tarixli, 12 saylı qərarından çıxarışa əsasən Gəncə şəhəri, Nizami Rayonu, Əttarlar küçəsi, ev 70, 4 saylı mənzil (qeyd edilir ki, bu mənzilində nömrəsi dörddür, 13,5 kv.m., 29,6 kv.m., və 19,3 kv.m.üç yaşayış otaqları, 9,8 kv.m. dəhliz, 7.0 kv.m. və 5,2 kv.m. mətbəx) Maraqlı şəxs adına özəlləşmişdir və ona 27.03.1998-ci il tarixli, 12457 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2021-ci il tarixli, 10/2301 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzillərin ümumi giriş-çxış yollarının ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mövcud darvaza sökülməli və 7,20 m enində olan (Əttarlar küçəsi dalan 1 ünvanında) divanın üzərində iki ədəd ayrı-ayrılqda darvaza quraşdırılmalı, torpaq sahəsi tam ortadan iki hissəyə bölünərək iddiaçının yaşayış evinə bitişik şəkildə sərhəd hasarı çəkilməlidir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən əmlak Gəncə şəhəri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və qeyd olunan ünvanda 3 mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bu mənzillərin hər biri mülkiyyət hüququ əsasında İddiaçı, Cavabdeh2 qızına və üçüncü şəxs Maraqlı şəxs məxsusdur. Göstərilən ünvanda yerləşən torpaq sahəsai tərəflərin ümumi istifadəsindədir. Hazırda iddiaçı ümumi istifadədə olan torpaq sahəsi üzrə istifadə zamanı cavabdeh tərəfindən maneəçilik törədildiyinə görə girişçıxış yolunun ayrılmasını tələb edir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə giriş-çıxış yollarının ayrılmasının mümkün olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir Məhkəmə göstərir ki, iddiaçı onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş və ümumi istifadədə olan torpaq sahəsindən mənzillərə ayrı giriş-çıxış yollarının müəyyən edilməsini tələb edir. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. İddia tələbinin həllində eyni zamanda iddia tələbini şərtləndirən digər hüquq normaları da nəzərdən keçirilməlidir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsində göstərilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır Həmin Məcəllənin 84.1-ci maddəsində qeyd olunmuşdur ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə göstərir ki, mübahisəli ünvan 2 ünvanda olan mənzillərə gediş-gəliş yolları üçün nəzərdə tutulmuş torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Hazırda iddiaçı mənzillər üzrə giriş-çıxış yollarının ayrılmasına nail olmağa çalışsa da, cavabdeh buna etiraz edir və əsas kimi mülkiyyət hüquqlarının pozulması bildirir. Məhkəmə tərəfindən iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün xüsusi biliyə zərurət olduğundan məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzillərin ümumi giriş-çxış yollarının ayrılması texniki cəhətdən mümkündür. Həmçinin ekspert tərəfindən ayrılmanın hansı formada aparılmalı olması da rəydə ərtraflı göstərilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri) Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert rəyi kifayət qədər əsaslandırılmış, texniki baxımdan giriş çıxış yollarının hansı formada ayrıla bilməsi müfəssəl tərtib edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli ünvanda giriş-çıxış yollarının ayrılması texniki cəhətdən mümkün olduğundan iddianın təmin edilməsi qanuni və əsaslı olar. Eyni zamanda məhkəmə bir məqamı da göstərir ki, torpaq sahəsi ümumi istifadədə olmasına baxmayaraq iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə mçüraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu hüquq, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş şəxsin məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçının hazırki tələb üzrə subyektiv hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzillərin ümumi giriş-çıxış yolları ayrılmalı, mövcud darvaza sökülməli və 7.20 m enində olan (Əttarlar küçəsi, dalan 1 ünvanında) divarın üzərində iki ədəd ayrıayrılıqda darvaza quraşdırılmalı, torpaq sahəsi tən ortadan iki hissəyə bölünərək iddiaçının yaşayış evinə bitişik şəkildə sərhəd hasarı çəkilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). İş üzrə məhkəmə ekspertiza xərci 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 qızı və Cavabdeh3 oğlundan müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzillərin ümumi giriş-çıxış yolları ayrılsın, mövcud darvaza sökülsün və 7.20 m enində olan (Əttarlar küçəsi, dalan 1 ünvanında) divarın üzərində iki ədəd ayrı-ayrılıqda darvaza quraşdırılsın, torpaq sahəsi tən ortadan iki hissəyə bölünsün və iddiaçının yaşayış evinə bitişik şəkildə sərhəd hasarı çəkilsin. (ekspert rəyində plan sxemə uyğun) İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2 qızından və Cavabdeh3 oğlundan müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar