Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1444/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxxx» ASC-ti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2020-ci il tarixli FM-00535- 06/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn 24.02.2021-ci il tarixinə ödənilməmiş 2366.54 manat əsas, 152.18 manat faiz borcu, 182.89 manat dəbbə pulu, cəmi 2701.61 və ödənilmiş 30.0 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Bank «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 25 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməmiş və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcu ödəməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 25 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə aralarında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 bankdan götürdüyü kreditə görə ilk vaxtlar ödənişlər etmiş lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən vaxt verilərsə banka olan borcu hissə-hissə ödəyə bilərlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 10.02.2020-ci il tarixli FM-00535-06/20A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank «xxxx» ASC-ti tərəfindən Cavabdeh2 25 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. 25.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 banka əsas borc üzrə 2366.54 manat əsas, 152.18 manat faiz borcu, 182.89 manat dəbbə pulu, cəmi 2701.61 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24.02.2021-ci il tarixinə ödənilməmiş 2366.54 manat əsas borc, 152.18 manat faiz borcu, 5 manat dəbbə pulu, cəmi 2523.72 (iki min beş yüz iyirmi üç manat yetmiş iki qəpik) manat və ödənilmiş 30.0 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulmalıdır . Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2020-ci il tarixli FM-00535-06/20A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2366.54 manat, faiz borcu üzrə 152.18 manat, 5 manat cərimə (dəbbə) cəmi 2523.72 (iki min beş yüz iyirmi üç manat yetmiş iki qəpik) manat və ödənilmiş 30.0 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1444/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1444/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver