Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1445/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00005-06/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 06.01.2021-ci il tarixinə ödənilməmiş 2413.11 (iki min dörd yüz on üç manat on bir qəpik) manat əsas borc, 8.87 (səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu, ümumilikdə 2421.98 (iki min dörd yüz iyirmi bir manat doxsan səkkiz qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında 27.05.2019-cu il tarixli RPF-00005-06/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 2459.9 (iki min dörd yüz əlli doqquz manat doxsan qəpik) məbləğində krediti illik 1 (bir) faizlə, 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00076-06-17A saylı 29 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi il əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00005-06/19A saylı 27 may 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 06.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 2413.11 (iki min dörd yüz on üç manat on bir qəpik) manat əsas borc, 8.87 (səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu vardır. Beləliklə cavabdehin ümumi borcu 2421.98 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Beləki, mülki iş materiallarında olan: -Bank "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27 may 2019-cu il tarixli, RPF-00005-06/19A saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən 2459.9 (iki min dörd yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində krediti illik 1 (bir) faizlə, 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00076-06-17A saylı 29 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 27 may 2024-cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. - 07.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00005-06/19A saylı kredit müqaviləsinə əsasən borcluya 2459.9 (iki min dörd yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində kredit verilmiş və borcalanın 06.01.2021-ci il tarixə Banka 2413.11 (iki min dörd yüz on üç manat on bir qəpik) manat əsas borc, 8.87 (səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu, 0 (sıfır) manat dəbbə borcu, cəmi 2421.98 (iki min dörd yüz iyirmi bir manat doxsan səkkiz qəpik) manat borcu mövcuddur. -18.11.2020-ci il tarixli Bank "xxxx" ASC tərəfindən göndərilmiş məktubla borclu Cavabdeh banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00005-06/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 27.05.2019-cu il tarixli RPF-00005-06/19A saylı kredit müqaviləsinə əsasən 06.01.2021-ci il tarixinə ödənilməmiş 2413.11 (iki min dörd yüz on üç manat on bir qəpik) manat əsas borc, 8.87 (səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu, ümumilikdə 2421.98 (iki min dörd yüz iyirmi bir manat doxsan səkkiz qəpik) manat məbləğində borc tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti və 0.40 manat bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00005-06/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 27.05.2019-cu il tarixli RPF-00005-06/19A saylı kredit müqaviləsinə əsasən 2413.11 (iki min dörd yüz on üç manat on bir qəpik) manat əsas borc, 8.87 (səkkiz manat səksən yeddi qəpik) manat faiz borcu, ümumilikdə 2421.98 (iki min dörd yüz iyirmi bir manat doxsan səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1445/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1445/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver