Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1450/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 21.09.2017-ci il tarixli DK- 00014-06/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 07.01.2021-ci il tarixinə ödənilməmiş 1848.11 (min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat əsas borc, 406.75 (dörd yüz altı manat yetmiş beş qəpik) manat faiz borcu, 4327.13 (dörd min üç yüz iyirmi yeddi manat on üç qəpik) manat dəbbə pulu, cəmi 6581.99 (altı min beş yüz səksən bir manat doxsan doqquz qəpik) manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə təqdim edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 21.09.2017-ci il tarixli DK-00014-06/17A saylı kredit müqaviləsindən irəli gələn 07.01.2021-ci il tarixinə ödənilməmiş 1848.11 (min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat əsas borc, 406.75 (dörd yüz altı manat yetmiş beş qəpik) manat faiz borcu, 4327.13 (dörd min üç yüz iyirmi yeddi manat on üç qəpik) manat dəbbə pulu, cəmi 6581.99 (altı min beş yüz səksən bir manat doxsan doqquz qəpik) manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 21.09.2017-ci il tarixli DK-00014-06/17A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 10 faiz ödəmək şərti ilə 2.500 (iki min beş yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kreditora borcluya qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehin kredit müqaviləsi üzrə 07.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 1848.11 (min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat əsas borc, 406.75 (dörd yüz altı manat yetmiş beş qəpik) manat faiz borcu, 4327.13 (dörd min üç yüz iyirmi yeddi manat on üç qəpik) manat dəbbə borcu vardır. Beləliklə cavabdehin 07.01.2021-ci il tarixinə cəmi borcu 6581.99 (altı min beş yüz səksən bir manat doxsan doqquz qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan: -Bank "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21.09.2017-ci il tarixli DK-00014-06/17A saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən 2.500 (iki min beş yüz) manat məbləğində krediti illik 10 faizlə 36 ay müddətinə Cavabdeh verir, Cavabdeh isə həmin kreditdən istehlak məqsədi ilə istifadə etməyi və onu 21.09.2020-ci il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürür. -08.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21.09.2017-ci il tarixli DK-00014-06/17A saylı kredit müqaviləsinə əsasən borcluya 2.500 (iki min beş yüz) manat məbləğində kredit verilmiş və borclu Cavabdeh 07.01.2021-ci il tarixə Banka 1848.11 (min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat əsas borc, 406.75 (dörd yüz altı manat yetmiş beş qəpik) manat faiz borcu, 4327.13 (dörd min üç yüz iyirmi yeddi manat on üç qəpik) manat dəbbə borcu, cəmi 6581.99 (altı min beş yüz səksən bir manat doxsan doqquz qəpik) manat borcu mövcuddur. -19.11.2020-ci il tarixli Bank "xxxx" ASC tərəfindən göndərilmiş məktubla borclu Cavabdeh banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 21.09.2017-ci il tarixli DK-00014-06/17A saylı kredit müqaviləsinə əsasən 1848.11 (min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat əsas borc, 406.75 (dörd yüz altı manat yetmiş beş qəpik) manat faiz borcu, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 2274.86 (iki min iki yüz yetmiş dörd manat səksən altı qəpik) manat məbləğində borc tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti və 0.40 manat bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21.09.2017-ci il tarixli DK-00014-06/17A saylı kredit müqaviləsinə əsasən 1848.11 (min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat əsas borc, 406.75 (dörd yüz altı manat yetmiş beş qəpik) manat faiz borcu, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 2274.86 (iki min iki yüz yetmiş dörd manat səksən altı qəpik) manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1450/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1450/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver