Məhkəmə qərarları › İş №2(044)-1453/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1453/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1453/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1000 (min) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor və soyuducu üçün 2431 (iki min dörd yüz otuz bir) manat ödənilməmiş hissə, 729 (yeddi yüz iyirmi doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu üçün 1356(bir min üç yüz əlli altı)manat ödənilməmiş hissə, 407(dörd yüz yeddi) manat dəbbə pulu, ümumilikdə 6223 (altı min iki yüz iyirmi üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 6253 (altı min iki yüz əlli üç) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon, Samsung LED markalı televizor və soyuducu, X3 markalı qulaqlıq və Samsung soyuducu almış və nəticədə 6223 (altı min iki yüz iyirmi üç) manat borc yaranmışdır.Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1428 (min dörd yüz iyirmi səkkiz) manat (100 manat x 12 ay+228 manat ilkin ödəniş) manat imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün ümumilikdə 1300 (min üç yüz) manat olmaqla ondan, 1000 (min) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2816 (iki min səkkiz yüz on altı)manat (221manat x 12 ay+164 manat ilkin ödəniş) Samsung LED markalı televizor və soyuducu üçün ümumilikdə 3160 (üç min yüz altmış) manat olmaqla ondan, 2431 (iki min dörd yüz otuz bir) manat ödənilməmiş hissə, 729 (yeddi yüz iyirmi doqquz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1356 (min üç yüz əlli altı) manat (113 manat x 12ay+0 manat ilkin ödəniş) manat olan Samsung markalı soyuducu üçün ümumilikdə 1763 (min yeddi yüz altmış üç) manat olmaqla ondan, 1356 (bir min üç yüz əlli altı) manat ödənilməmiş hissə, 407(dörd yüz yeddi) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdeh cəmi 813 (səkkiz yüz on üç) manat ödəniş etmişdir. Göstərilənlər əsas gətirilərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1000 (min) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor və soyuducu üçün 2431 (iki min dörd yüz otuz bir) manat ödənilməmiş hissə, 729 (yeddi yüz iyirmi doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu üçün 1356 (bir min üç yüz əlli altı) manat ödənilməmiş hissə, 407(dörd yüz yeddi) manat dəbbə pulu, ümumilikdə 6223 (altı min iki yüz iyirmi üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 6253 (altı min iki yüz əlli üç) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (həmçinin SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş ilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il 01133229 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən «xxxx» MMC-dən dəyəri 1356 manat olan Samsung markalı soyuducu almış və 12 ay müddətinə, aylıq 113 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01033512 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 164 manat ilkin ödəniş etməklə «xxxx» MMC-dən dəyəri 2816 (iki min səkkiz yüz on altı) manat olan Samsung LED markalı televizor və soyuducu almış və 12 ay müddətinə, aylıq 221 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00973477 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 228 manat ilkin ödəniş etməklə «xxxx» MMC-dən dəyəri 1428 (min dörd yüz iyirmi səkkiz) manat imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon almış və 12 ay müddətinə, aylıq 100 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-nə 4787 manat əsas borc, 1436 manat dəbbə pulu olmaqla, cəmi 6223 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 567ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrin əlavə ödəniş cədvəlinin 5-ci bəndinə əsasən "xxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon, Samsung markalı soyuducu, Samsung LED markalı televizor və soyuducu almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1000 (min) manat əsas borc, 5 (beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor və soyuducu üçün 2431 (iki min dörd yüz otuz bir) manat əsas borc, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu üçün 1356 (bir min üç yüz əlli altı)manat əsas borc, 5 (beş) manat dəbbə pulu, cəmi 4787 manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 4.837 manat pul tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən imei kodu **********33320 olan Samsung Galaxy A50, imei kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1000 (min) manat əsas borc, 5 (beş) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor və soyuducu üçün 2431 (iki min dörd yüz otuz bir) manat əsas borc, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 1356(bir min üç yüz əlli altı)manat əsas borc, 5 (beş) manat dəbbə pulu, cəmi 4787 manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 4.837 manat pul tutularaq iddiaçı «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar