Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1456/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Rüstəm-zadə İsrail Cəfər oğluna qarşı “əqdin bağlanmış hesab edilməsi, müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Rüstəm-zadə İsrail Cəfər oğluna qarşı “əqdin bağlanmış hesab edilməsi, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC ilə arasında olan 30 may 2014-cü il tarixdə kredit əqdin bağlanmış hesab edilməsi, Cavabdeh3 ASC ilə onun arasında olan 30 may 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməsi, borcun ödənilməsində əsl tərəf kimi Cavabdeh1 müəyyən edilməsi və borcun ödənilməsinin onun üzərinə öhdəlik qoyulması, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ona 200000 (iki yüz min) manat kredit verilib verilməməsi barədə sorğu verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. BOKT İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən ki, müəyyən olundu ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh ilə aralarında əqdin bağlanmış hesab edilməsi borcun ödənilməsini tələb etsə də, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən isə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Rüstəm-zadə İsrail Cəfər oğluna qarşı “əqdin bağlanmış hesab edilməsi, müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarqaddan 10 gün müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1456/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1456/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver