Məhkəmə qərarları › İş №2(044)-1458/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1458/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1458/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əsad qızından onun xeyrinə 08.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********62449 Samsung Galaxy A10 markalı telefon üçün 78 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu, cəmi 101 manat, 10.10.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN paltaryuyan üçün 305 manat ödənilməmiş hissə, 91 manat dəbbə pulu, cəmi 396 manat, 06.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1327 manat ödənilməmiş hissə, 357 manat dəbbə pulu, cəmi 1684 manat, 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87394 Samsung Galaxy A20s markalı telefon üçün 250 manat ödənilməmiş hissə 48 manat dəbbə pulu, cəmi 298 manat, ümumilikdə 2479 manat borcun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə cəmi 2509 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh “xxxx” MMC ilə 08.07.2019-cu il, 10.10.2019-cu il, 06.12.2019-cu il və 31.01.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********62449 Samsung galaxy A10 markalı telefon, HOFFMANN paltaryuyan, Samsung LED markalı televizor və İMEİ kodu **********87394 Samsung Galaxy A20s markalı telefon almış və nəticədə 2479 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 355 manat olan (9 ay x 39 manat + 4 manat ilkin ödəniş) İMEİ kodu **********62449 Samsung galaxy A10 markalı telefon üçün 101 manat olmaqla ondan, 78 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu, 10.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 732 manat olan (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) HOFFMANN paltaryuyan üçün 396 manat olmaqla ondan, 305 manat ödənilməmiş hissə, 91 manat dəbbə pulu, 06.12.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1602 manat olan (12 ay x 119 manat + 174 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün 1684 manat olmaqla ondan, 1327 manat ödənilməmiş hissə, 357 manat dəbbə pulu, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480 manat olan (12 ay x 40 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********87394 Samsung Galaxy A20s markalı telefon üçün 298 manat olmaqla ondan, 250 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, miqdarında borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 1209 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh 31.01.2020-ci il tarixli müqavilə üzrə borcunu tam ödəmiş, digər üç müqavilənin 08.07.2019-cu il, 10.10.2019-cu il və 06.12.2019-cu il tarixli müqaviləsi üzrə ödəniş etməmişdir. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, 31.01.2020-ci il tarixli müqavilə üzrə borcunu tam ödəmiş, digər müqavilələr üzrə borclarını da hissə-hissə ödəyəcəkdir. Sonda o, hesablanmış cərimə borclarının azaldılmasını və iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 08.07.2019-cu il tarixli 00769055 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən cəmi qiyməti 355 manat olan İMEİ kodu **********62449 Samsung galaxy A10 markalı telefona ayda 39 manat olmaqla, 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 08.07.2019-cu tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 21.08.2019-cu il tarixdən 21.04.2020-ci il tarixədək 9 ay ərzində hər ayın 21-i tarixində ayda 39 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 10.10.2019-cu il tarixli 00970518 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən cəmi qiyməti 732 manat olan HOFFMANN paltaryuyan üçün ayda 61 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 10.10.2019-cu tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 23.11.2019-cu il tarixdən 23.10.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 23-ü tarixində ayda 61 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 06.12.2019-cu il tarixli 01102930 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən qiyməti 1602 manat olan Samsung LED markalı televizor üçün ayda 119 manat olmaqla, 12 ay müddətinə öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 06.12.2019-cu tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 08.02.2020-ci il tarixdən 08.01.2021-ci il tarixədək 12 ay ərzində hər ayın 8-i tarixində ayda 119 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 31.01.2020-ci il tarixli 20071112 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən qiyməti 480 manat olan İMEİ kodu **********87394 Samsung Galaxy A20s markalı telefon üçün ayda 40 manat olmaqla, 12 ay müddətinə öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 31.01.2020-ci tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 29.02.2020-ci il tarixdən 31.01.2021-ci il tarixədək 12 ay ərzində hər ayın 31-i tarixində ayda 40 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 09.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.07.2019-cu il tarixli müqavilə üzrə 277 manat ödənilmiş hissə, 78 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu, cəmi 101 manat, 10.10.2019-cu il tarixli müqavilə üzrə 427 manat ödənilmiş hissə, 305 manat ödənilməmiş hissə, 91 manat dəbbə pulu, cəmi 396 manat, 06.12.2019cu il tarixli müqavilə üzrə 275 manat ödənilmiş hissə, 1327 manat ödənilməmiş hissə, 357 manat dəbbə pulu, cəmi 1684 manat, 31.01.2020-ci il tarixli müqavilə üzrə 230 manat ödənilmiş hissə, 250 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu cəmi 298 manat, ümumilikdə ödənilməmiş məbləğ 2479 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh 31.01.2020-ci il tarixli müqavilə üzrə 265.30 manat borcunu 18.04.2021-ci il tarixdə ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Çünki iddiaçının nümayəndəsi cavabdehin 31.01.2020-ci il tarixli müqavilə üzrə borcunu tam ödədiyini təsdiq etdiyindən məhkəmə bu faktı işin mübahisələndirilməyən halı kimi qiymətləndirir, buna görə də hesab edir ki, həmin müqavilə üzrə borc ödənildiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh 31.01.2020-ci il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, 08.07.2019-cu il, 10.10.2019-cu il və 06.12.2019-cu il tarixli müqavilələrə əsasən isə xxxx MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən həmin müqavilələr üzrə borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 08.07.2019-cu il, 10.10.2019-cu il və 06.12.2019-cu il tarixli müqavilələrin əlavəsində ödənişin gecikdirildiyi təqdirdə cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə 08.07.2019-cu il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 2 manat, 10.10.2019-cu il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 5 manat, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən dəbbə pulu azaldılaraq 8 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08.07.2019-cu il tarixli müqavilə üzrə 78 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 10.10.2019-cu il tarixli müqavilə üzrə 305 manat ödənilməmmiş hissə, 5 manat dəbbə pulu, 06.12.2019-cu il tarixli müqavilə üzrə 1327 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə cəmi 1725 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 21 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08.07.2019-cu il tarixli müqavilə üzrə 78 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 10.10.2019-cu il tarixli müqavilə üzrə 305 manat ödənilməmmiş hissə, 5 manat dəbbə pulu, 06.12.2019-cu il tarixli müqavilə üzrə 1327 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə cəmi 1725 (min yeddi yüz iyirmi beş) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 21 (iyirmi bir) manatı tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar