Məhkəmə qərarları › İş №2(044)-1459/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1459/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1459/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən LG LED markalı televizor üçün 929 manat, 60 qəpik (doqquz yüz iyirmi doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 162 manat (yüz altmış iki) dəbbə, 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı paltaryuyan, 2 ədəd Paltaryuyan maşınının ilk işə salınması üçün vasitə Magic Power üçün 1081 manat, 80 qəpik (min səksən bir manat, səksən qəpik) ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə 2353 manat 40 qəpik borc, 30 manat ödnilmiş dövlət rüsumu olmaqla, cəmi 2383 manat 40 qəpik Cavabdeh alınaraq "xxxx" MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 14.02.2020-ci il və 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED markalı televizor və “Samsung” markalı paltaryuyan, 2 ədəd Paltaryuyan maşınının ilk işə salınması üçün vasitə Magic Power almış və nəticədə 2353 manat, 40 qəpik (iki min üç yüz əlli üç manat, qırx qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1204 manat, 60 qəpik (min iki yüz dörd manat, altmış qəpik) LG LED markalı televizor üçün ümumilikdə 1091 manat, 60 qəpik (min doxsan bir manat, altmış qəpik) olmaqla ondan, 929 manat, 60 qəpik (doqquz yüz iyirmi doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 162 (yüz altmış iki) manat dəbbə,cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1295 manat 80 qəpik (min iki yüz doxsan beş manat, səksən qəpik) “Samsung” markalı paltaryuyan, 2 ədəd Paltaryuyan maşınının ilk işə salınması üçün vasitə Magic Power üçün ümumilikdə 1261 manat, 80 qəpik (min iki yüz altmış bir manat, səksən qəpik) olmaqla ondan 1081 manat, 80 qəpik (min səksən bir manat, səksən qəpik) ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 489 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-in nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.03.2020-ci il tarixli 20206585 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə hər ay 60 manat ödəmək şərti ilə alqı-satqının qiyməti 1295.80 manat təşkil edən “Samsung” markalı paltaryuyan və 2 ədəd Paltaryuyan maşınının ilk işə salınması üçün vasitə Magic Power verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli 20102307 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə hər ay 220 manat ödəmək şərti ilə alqı-satqının qiyməti 1204.6 manat təşkil edən LG LED markalı televizor verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, 14.02.2020ci il tarixli 20102307 saylı müqaviləyə əsasən Cavabdeh 929.60 manat ödənilməmiş borcu yaranmış və müqavilənin şərtlərini pozduğuna görə 162 manat dəbbə pulu hesablanmışdır. 28.03.2020-ci il tarixli 20206585 saylı müqaviləyə əsasən Cavabdeh 1081.80 manat ödənilməmiş borcu yaranmış və müqavilənin şərtlərini pozduğuna görə 180 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 14.02.2020-ci il tarixli 20102307 saylı müqavilə üzrə LG LED markalı televizor üçün 929 manat, 60 qəpik (doqquz yüz iyirmi doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 5 manat dəbbə, 28.03.2020-ci il tarixli 20206585 saylı müqavilə üzrə “Samsung” markalı paltaryuyan, 2 ədəd Paltaryuyan maşınının ilk işə salınması üçün vasitə Magic Power üçün 1081 manat, 80 qəpik (min səksən bir manat, səksən qəpik) ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, cəmi 2021 manat, 40 qəpik (iki min iyirmi bir manat, qırx qəpik) borc və ödənilmiş 30 (otuz) manat məğləbində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14.02.2020-ci il tarixli 20102307 saylı müqavilə üzrə LG LED markalı televizor üçün 929 manat, 60 qəpik (doqquz yüz iyirmi doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 5 manat dəbbə, 28.03.2020-ci il tarixli 20206585 saylı müqavilə üzrə “Samsung” markalı paltaryuyan, 2 ədəd Paltaryuyan maşınının ilk işə salınması üçün vasitə Magic Power üçün 1081 manat, 80 qəpik (min səksən bir manat, səksən qəpik) ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, cəmi 2021 manat, 40 qəpik (iki min iyirmi bir manat, qırx qəpik) borc və ödənilmiş 30 (otuz) manat məğləbində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar