Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1466/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqlarının xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, 2010-cu ildə cavabdehin oğlu X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin vaxtdan cavabdehin razılığı ilə hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan onun iki uşağı doğulmuş, o, ailə üzvləri və cavabdehlə birlikdə həmin evdə yaşayır, hətta cavabdehin razılığı ilə o, həmin evə pasport qeydiyyatına da düşmüşdür. Lakin cavabdeh onu və uşaqlarını məhkəməyə verərək kompensasiya vermədən evdən çıxarmaq istəyir, X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin iddiası təmin edilərək onunla uşaqları Vaqif Hüseynovun və Aylin Hüseynovanın evdən istifadə hüquqlarına xitam verilməsi, onların Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngə, 97 saylı ünvanda yerləşən evdən çıxarılmaları qərara alınmışdır. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmin mülki iş hazırkı işə baxılması üçün icraatı dayandırılmışdır. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun iddiasına əsasən X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının uşaqları ilə birlikdə evdən istifadə hüquqlarına xitam verilməsi, onların Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 1-ci döngə, 97 saylı ünvanda yerləşən evdən çıxarılmaları qərara alınmış və həmin iş Gəncə Apelyasiya Məhkəməsinin icraatdadır. Hazırkı işlə bağlı həmin işin icraatı dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. X4 Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə 2(104)-3613/2019 saylı mülki iş vardır. Belə ki, X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində İddiaçı və onun uşaqları Vaqiflə Aylinin istifadə hüquqlarına qiymət verilmiş, həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verdiyi üçün mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə də məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Gəncə Apellyasiya Məhkəməsinin icraatında iş olduğundan hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində X8 Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1466/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1466/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver