Məhkəmə qərarları › İş №2(044)-1469/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1469/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1469/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann LED televizor, Sonorous Surefix üçün 1176 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung soyuducu üçün 2466 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann paltaryuyan üçün 902 manat ödənilməmiş hissə, 221 manat dəbbə pulu, xx.xx.2019-cu il müqaviləsinə əsasən LG A24CMH kondisioner üçün 2899 manat ödənilməmiş hissə, 260 manat dəbbə pulu, ümumilikdə 8426 manat borc, 30 manat dövlət rüsumu, Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən Hoffmann LED televizor, Sonorous Surefix, Samsung soyuducu, Hoffmann paltaryuyan, LG A24CMH kondisioner almış nəticədə 8426 manat borcu yaranmışdır. Müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1176 manat (24 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann LED televizor, Sonorous Surefix üçün 1176 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2466 manat (18 ay x 137 manat + 0 manat ilkin ödəniş) olan Samsung soyuducu üçün 2466 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 903 manat (11 ay x 82 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann paltaryuyan üçün 902 manat ödənilməmiş hissə, 221 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3023 manat (24 ay x 124 manat + 47 manat ilkin ödəniş) olan LG A24CMH kondisioner üçün 2899 manat ödənilməmiş hissə, 260 manat dəbbə pulu, ümumilikdə 8426 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 125 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu tarixli müqavilələrindən görünür ki, Bağırova X2 LED televizor, Sonorous Surefix, Samsung soyuducu, Hoffmann paltaryuyan, LG A24CMH kondisioner almış və nəticədə 8426 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə Hoffmann LED televizor, Sonorous Surefix üçün 1176 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, Samsung soyuducu üçün 2466 manat ödənilməmiş hissə, 370 manat dəbbə pulu, Hoffmann paltaryuyan üçün 902 manat ödənilməmiş hissə, 221 manat dəbbə pulu, LG A24CMH kondisioner üçün 2899 manat ödənilməmiş hissə, 260 manat dəbbə pulu, ümumilikdə 8426 manat borcu yaranmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o aldığı bütün malları X1 vermişdir.Əfsanə müəyyən müddət ödənişötsə də,sonradan onun tərəfindən ödənişin edilməsi dayandırılmışdır. Odur ki,məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onun izahatını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan qismən tə-min olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xxxxxxxxxxxla müqavilə Firəngizlə bağlanılıb, alınana mallar Firəngizə təhvil verilsə də, əslində həmin malları Firngiz onun üçün götürmüşdür.Maddi imkanı olmadığından o Firəngizin adına rəsmiləşmiş borcu ödəyə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019cu, xx.xx.2019-cu il tarixli müqavilələrinə Hoffmann LED televizor, Sonorous Surefix, Samsung soyuducu, Hoffmann paltaryuyan, LG A24CMH kondisioner almış, lakin alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də məhkəmə müqavilə üzrə Cavabdeh aldığı malın dəyəri qismində müqavilə üzrə əsas borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 132 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 32 manat, 370 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 70 manat, 221 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 21 manat və 260 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Hoffmann LED televizor, Sonorous Surefix üçün 1176 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu, Samsung soyuducu üçün 2466 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, Hoffmann paltaryuyan üçün 902 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, LG A24CMH kondisioner üçün 2899 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, ümumilikdə 7826 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Hoffmann LED televizor, Sonorous Surefix üçün 1176 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu, Samsung soyuducu üçün 2466 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, Hoffmann paltaryuyan üçün 902 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, LG A24CMH kondisioner üçün 2899 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, ümumilikdə 7826 manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar