Məhkəmə qərarları › İş №2(044)-1474/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1474/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1474/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X7 Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkləməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X7 Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 212.83 manat, cəmi 212.83 manat və ödənilmiş 20,40 manat dövlət rüsumunun tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə filialı ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə 1020 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh arasında zaminlik müqaviəsi bağlanmışdır. X8 vəfat etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmiş, həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır və mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. 2-xx.xx.2017-SM0089 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə cavabdeh X5 əsas borc üzrə 212.83 manat, cəmi 212.83 manat borcu mövcuddur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli 2-xx.xx.2017-SM0089 saylı kredit müqaviləsinin sürətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-ti tərəfindən X6 1020 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli 2-xx.xx.2017-SM0089 saylı zaminlik müqaviləsinin sürətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-ti tərəfindən X6 verilmiş 1020 manat məbləğində kreditin təmini kimi banbk ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Odur ki, zamin Cavabdeh öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 212.83 manat, cəmi 212.83 manat və ödənilmiş 20,40 manat dövlət rüsumunun tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 212.83 manat, cəmi 212.83 manat və ödənilmiş 20,40 manat dövlət rüsumu tutularaq, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar